525.Az

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinə rəhbər təyin olundu


 

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinə rəhbər təyin olundu<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat katibi İradə İbrahimova APA-nın sorğusuna cavab olaraq bildirib ki, Əli Əliyev xidmətin rəis müavini təyin edilib və rəis vəzifəsi ona həvalə olunub.

Bu təyinata qədər Ə. Əliyev uzun illər Milli Geoloji Kəşfiyyat Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Prezident İlham Əliyevin 23 may 2020-ci il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Qeyd edək ki, ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Mürsəl Əliyev və rəis müavini Şahmirzə Səfərov dünən vəzifələrindən azad olunub.

 





12.06.2020    çap et  çap et