525.Az

Orta məktəblərdə qış tətili günlərinin vaxtı açıqlandı


 

Orta məktəblərdə qış tətili günlərinin vaxtı açıqlandı<b style="color:red"></b> Təhsil Nazirliyi beş və altı günlük orta məktəblərdə qış tətili günlərinin vaxtını açıqlayıb.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli 339 nömrəli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib.
Belə ki, beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili dekabrın 29-dan yanvarın 6-na qədərdir. Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 28-i, II yarımilin ilk dərs günü yanvarın 7-sidir.
Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə dekabrın 30-dan yanvarın 6-na qədər qış tətilidir.
Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 29-na,  II yarımilin ilk dərs günü isə  yanvarın 7-nə təsadüf edəcək.
 





20.12.2013    çap et  çap et