525.Az

"TƏBİB 972 dializ xəstəsinin siyahısını verib"


 

 "TƏBİB 972 dializ xəstəsinin siyahısını verib"<b style="color:red"></b>

 “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq ediləcək”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə dializ xəstəsi olan şəxslər “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzinə zəng etməklə müvafiq tibb müəssisələrinə çatdırılmaları ilə bağlı müraciət edə bilərlər. ASAN könüllüləri xüsusi ayrılmış avtomobillər vasitəsi ilə həmin şəxslərin aidiyyəti tibb müəssisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edəcəklər: “TƏBİB 972 xəstənin siyahısını təqdim edib”.

Bundan əlavə təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri)  qaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər.

Ü. Mehdiyev deyib ki, sərtləşdirilmiş karantin rejimi ilə bağlı aktivləşdirilən icazə.gov.az vasitəsilə 210 min şəxsə icazə alınıb.

 





12.06.2020    çap et  çap et