525.Az

“Xüsusi karantin rejimində polis gücləndirilmiş rejimdə çalışır”


 

“Xüsusi karantin rejimində polis gücləndirilmiş rejimdə çalışır”<b style="color:red"></b>

“Ölkədə xüsusi karantin rejimində polis gücləndirilmiş rejimdə çalışır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, yol polisi mayın 13-dək karantin rejiminin pozulması ilə bağlı inzibati xəta barədə qərar verməyib: “Protokollar üzrə də qərarlar çıxarılmırdı. Bu qərarlar digər polis orqanlarının rəhbərləri və polis sahə müvəkkilləri tərəfindən çıxarılıb. Mayın 13-dən sonra bu səlahiyyət yol polisinə verildi və bu qərarlar yol polisi tərəfindən çıxarılmağa başlandı”.

 





12.06.2020    çap et  çap et