525.Az

İyun ayı üzrə bütün pensiya ödənişləri başa çatdırıldı


 

İyun ayı üzrə bütün pensiya ödənişləri başa çatdırıldı<b style="color:red"></b>

Respublika üzrə iyun ayının bütün pensiya ödənişləri başa çatdırılıb.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının (407 298 pensiyaçı) ödənişi, bu gün isə respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaçıların (857 092 pensiyaçı) iyun ayı üzrə ödənişi onların bank hesablarına köçürülüb.

 





12.06.2020    çap et  çap et