525.Az

Cavanşir Quliyev Mikayıl Müşfiqə həsr etdiyi oratoriyanı bitirdi


 

Cavanşir Quliyev Mikayıl Müşfiqə həsr etdiyi oratoriyanı bitirdi<b style="color:red"></b>

Məşhur bəstəkar Cavanşir Quliyev uzun müddətdir üzərində işlədiyi "Müşfiq ağıları" oratoriyasını bitirib.

525.az xəbər verir ki, bu barədə bəstəkar öz "Feysbuk" səhifəsində paylaşım edib:

"Nəhayət bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq ağıları” orotoriyasını bitirdim!"

Bəstəkar, həmçinin qeyd edib ki, əsərin liberettosunun müəllifi Xalq şairi Sabir Rüstəmxanlıdır:

"Əsər bir saat səslənir. 13 hissədən ibarətdir – proloq, 6 ağı, 5 qaragüruh, epiloq. İfaçılar – böyük simfonik orkestr, böyük qarışıq xor. Solistlər – soprano, tenor, mezzo-soprano, bariton, qadın - xanəndə, təqdimatçı".

Cavanşir Quliyevin sözlərinə görə, oratoriya Müşfiqin acı taleyindən bəhs edir: "Onun faciəsi cəmiyyətə dərs olmadı - indi də insanlar ədalətsizliyə susurlar. Əsər bütün haqları pozulanlara həsr olunub, o cümlədən özümə..."

Cavid QƏDİR

 





14.06.2020    çap et  çap et