525.Az

Əhali mayda əczaçılıq və tibbi mallara 60 milyon manat xərcləyib


 

Əhali mayda əczaçılıq və tibbi mallara 60 milyon manat xərcləyib<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 262,3 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 42,2% çoxdur. Təkcə ötən ay əhaliyə 59,9 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da aprel ayı ilə müqayisədə 3,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.


 

 





15.06.2020    çap et  çap et