525.Az

“Aşıq Şəmşir” mədəniyyət ocağı Qurtuluş Gününə onlayn tədbir həsr edib


 

“Aşıq Şəmşir” mədəniyyət ocağı Qurtuluş Gününə onlayn tədbir həsr edib <b style="color:red"></b>

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi ilə birgə onlayn tədbir keçirib.

İctimai birlikdən bildirilib ki, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirin əvvəlində Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. Videoçarx ictimai birliyin sədr müavini Həbib Misirovun redaktorluğu ilə hazırlanıb.

Tədbirin moderatoru - BDU-nun dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı iştirakçıları təşkilatın sədri Qənbər Şəmşiroğlunun adından salamlayıb, Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə geniş məlumat verib.

Sonra BDU-nun kafedra müdiri, dosent Knyaz Aslan “Aşıq Şəmşirin poeziyasında Heydər Əliyev obrazı” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir sovet dövründə yaşayıb-yaratsa da, heç bir partiya və hökumət rəhbərinə əsər həsr etməyib. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir ona silsilə şeirlər həsr edib, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaradıb.

Daha sonra Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Ləman Əyyubova “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda məruzə edib. Məruzədə xüsusi vurğulanıb ki, ölkəmizdə 1993-cü il iyunun 15-dən başlayan uğurlu yol bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir.

 





15.06.2020    çap et  çap et