525.Az

“Azərsun Holdinq”-ə Təşəkkürnamə təqdim edildi


 

“Azərsun Holdinq”-ə Təşəkkürnamə təqdim edildi <b style="color:red"></b>

14 iyun Ümumdünya qan donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı qan donorluğunda fəal iştirakına və minlərlə qana ehtiyacı olan insanın həyatını xilas etdiyinə görə “Azərsun Holdinq”-ə Təşəkkürnamə təqdim edib.


Azərbaycanın qida sənayesində qabaqcıl şirkətlərdən olan “Azərsun Holdinq” üçün insanların sağlamlığı ən vacib məsələlərdən biri olduğundan, şirkət  bu məsələyə xüsusi həssaslıqla yanaşır və müxtəlif sosial aksiyalar həyata keçirir.

Şirkətlər qrupu artıq 14 ildir ki  “Siz qan verməklə başqalarına həyat verirsiniz!” şüarı altında qanvermə aksiyası keçirir. Qanvermə aksiyalarında “Azərsun Holdinq”-in İdarə Heyətinin sədri cənab Abdolbari Goozal olmaqla şirkətin minlərlə əməkdaşı aktiv şəkildə iştirak edir. Toplanan donor qanları Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyinin Mərkəzi Qan Bankına təhvil verilir.


Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”  bundan sonra da ənənəvi qanvermə aksiyasılarını keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verəcək.

 

 





16.06.2020    çap et  çap et