525.Az

TƏBİB: "Sosial şəbəkələrdə yayılan video Bəhram Bağırzadəyə aid deyil"


 

TƏBİB: "Sosial şəbəkələrdə yayılan video Bəhram Bağırzadəyə aid deyil"<b style="color:red"></b>

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.

TƏBİB-dən Trend-ə verilən məlumatda deyilir:

"Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb.

B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir".

Qeyd edək ki, Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.

 





16.06.2020    çap et  çap et