525.Az

Şəhidlər “Hər ay bir gün” aksiyası ilə anıldı (Fotolar)


 

Şəhidlər “Hər ay bir gün” aksiyası ilə anıldı <b style="color:red">(Fotolar)</b>

"Yeni Üfüq" İctimai Birliyi yeni aksiyaya start verdi.

525.az-ın yeniufuq.org-a istinadən verdiyi məlumata görə, bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin Gənclər şöbəsi “Hər ay bir gün” adlı aksiyaya start verib. Birliyin sədri Sevinc Əzimbəylinin bildirdiyinə görə, il boyunca hər ay bir gün “Yeni Üfüq”ün gəncləri millətimizin qəhrəman şəhid övladlarının yaşamış olduqları binalara vurulmuş şəhid lövhələrini, eləcə də bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirməyi qərara alıb.

S. Əzimbəyli qeyd edib ki, əsas məqsədin ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdən ibarətdir.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İB-nin gəncləri “Hər ay bir gün” adlı aksiyanı ilk olaraq, Bakının Nizami rayonunda müqəddəs şəhidlərimizin anım lövhələrini ziyarət etməklə başlayıb.

“Yeni Üfüq” gənclərinin müqəddəs şəhidlərimiz adına keçirdiyi aksiyanın təsadüfən şahidi olan şəhid anaları ilə görüşdə duyğulu anlar yaşanıb.

 





23.12.2013    çap et  çap et