525.Az

Mavritaniya Prezidenti İlham Əliyevi təbrik etdi


 

Mavritaniya Prezidenti İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm.

Ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin dost xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirməkdə maraqlı olduğumuzu bir daha qeyd edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

 





17.06.2020    çap et  çap et