525.Az

Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirdi


 

Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirdi<b style="color:red"></b>

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.

Müdafiə Nazirliyi bildiri ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

 





17.06.2020    çap et  çap et