525.Az

XİN Volkan Bozkırı təbrik etdi


 

XİN Volkan Bozkırı təbrik etdi<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Volkan Bozkırı BMT Baş Assambleyasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.
 
Təbrik XİN-in rəsmi "Twitter" səhifəsində yer alıb.

"Səfir Volkan Bozkıra BMT Baş Assambleyasının 75-ci Sessiyasının Prezidenti seçilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Səfir Bozkıra gələcək fəaliyyətində uğurlar diləyirik", - deyə XİN-in təbrikində bildirilir.

Qeyd edək ki, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır 192 ölkədən 178-nin səsini alaraq qalib olub.

Volkan Bozkır 1945-ci ildən Türkiyənin də iştirakı ilə yaradılan BMT Baş Assambleyasına rəhbərlik edəcək ilk türkiyəli təmsilçidir.

 





18.06.2020    çap et  çap et