525.Az

Kaliforniya radiosunda daşnakların faşizmə rəğbətini ifşa edən sənəd müzakirə edildi


 

Kaliforniya radiosunda daşnakların faşizmə rəğbətini ifşa edən sənəd müzakirə edildi<b style="color:red"></b>

Kaliforniyanın San Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da nəşr olunan “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi jurnalist Raul Kontreras (Raoul Contreras) özünün “The Contreras Report” radio proqramında ötən ay Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində aşkar edilib və erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən sənəd haqda dinləyicilərə məlumat verib.

Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, verilişdə müəllif 1945-ci ildə ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook-un erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasina təqdim etdiyini deyərək, həmin sənəddən çoxlu sayda sitatlar gətirərək məsələ ilə bağlı ətraflı müzakirələr aparır.

R. Kontreras İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ordusu tərkibində yaradılmış Erməni Legionu, onun rəhbərlərindən olan erməni generallar Qaregin Njde və Drastamat Kanayan haqda ətraflı danışaraq, onların bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını, 2016-cı ildə Yerevanda Q. Njdeyə heykəl ucaldıldığını vurğulayır.

iqrçi daşnakların davamçısı olduğunu, onların bir sıra ABŞ konqresmenlərini ələ alaraq Ermənistana ABŞ tərəfindən maddi yardımın ayrılmasına nail olmağa çalışdıqlarını diqqətə çatdırır. O, həmin vəsaitlərin ABŞ vergiödəyicilərinin pulları əsasında formalaşdığını deyərək, bunu yolverilməz adlandırır.

R. Kontreras daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etdiyini qeyd edir.

Verilişdə jurnalist həmçinin erməni terror təşkilatı olan “ASALA”-nın ABŞ-dakı fəaliyyəti, xüsusilə türk diplomatlarına qarşı həyata keçirilən terror aktları haqda da ətraflı bəhs edir. 

Radio verilişin tam versiyasını bu linkdə dinləmək mümkündür: https://the-contreras-report-an-hispanic-view-of-the-usa.castos.com/episodes/105-the-contreras-report-a-hispanic-view-of-the-usa

Verilişin video versiyasını isə bu linkdə izləmək olar: https://www.facebook.com/305657476178512/posts/2999876083423291/?vh=e&d=n

 





18.06.2020    çap et  çap et