525.Az

“Çərpələng uçuran”dakı Əfqanıstan: torpağı günah bitirən ölkə


 

“Çərpələng uçuran”dakı Əfqanıstan: torpağı günah bitirən ölkə<b style="color:red"></b>

Kədərli əhvalatlardan yaxşı kitablar çıxır” – bu cümlənin müəllifinin, əfqan kökənli amerikan yazıçısı Xalid Hüseyninin hələlik əlimdə olan yeganə kitabını bu yaxınlarda oxuyub bitirdim. Romanın son səhifəsini çevirib dərindən nəfəs aldım sübuta ehtiyacı olmayan bir gerçəklik təzədən, artıq neçənci dəfə beynimin divarlarına çırpıldı. Xalid Hüseyni Əfqanıstanın çox kədərli əhvalatından çox yaxşı kitab ərsəyə gətirməyi bacarıb. Bu, şəksizdir. Amma həddindən artıq yaxşının bəzən əks-təsir göstərməsi mümkündür. Əcəba, Xalid Hüseyni, özünün yazdığı kimi, uşaqların çox olub uşaqlığın olmadığı Əfqanıstanı bu qədər çılpaq şəkildə ortaya qoymaqda məqsəd güdüb? Yarımörtülü mətləblər daha cazibəli çəkici olurkən, niyə Əfqanıstan həqiqətini tam çılpaq şəkildə dünyaya göstərib? Axı artıq canlı klassikə çevrilmiş bir yazıçı ovcunun içi kimi bilir ki, tam çılpaqlıq adamı utandıra, iyrəndirə qorxuda bilər?

Yazıçının bu romanı yazmaqda məqsədi dünyanın eşidib-bildiyi ən iyrənc əməllərin tüğyan etdiyi Əfqanıstanı olduğu kimi bəşəriyyətə təqdim etmək idisə, alınıb. Həm o dərəcədə yaxşı alınıb ki, kitabı oxuyarkən acıma duyğusundan daha artıq kin, nifrət, ikrah hiss edirsən. Bəlkə yazıçı da əslində oxucuları Əfqanıstan həqiqətlərinə inandırmaqdan, oradakı insanlara mərhəmət oyatmaqdan daha çox, ata yurdunu hiddət, nifrət obyektinə çevirməyi qarşısına məqsəd qoyub? Yoxsa Xalid HüseyniAllahu-əkbərqışqırıb Allahı unudan bəlkə, əstəğfürullah,  Allahın da unutduğu bu rəzil qövmün, “bu bir dəstə lənətəgəlmiş əclafınelə əslində birdəfəlik yer üzündən silinməsini arzulayıb qəlbinin dərinliyində?

Əsərin aydınca fabulası var bu süjeti danışıb sizi kitabı oxumaqzəhmətindənxilas etmək fikrim yoxdu əslində. Sadəcə, daha bir mütaliə vəcdini paylaşmaq istəyirəm, vəssalam. Vaxtın darlığı məişət qayğılarının bolluğu qədərmərdiməzarlıq etməyəçalışsa da, əsəri birnəfəsə oxuyub bitirməyimə mane ola bilmədi. Bunun üçün bir az da Bakının ürəküzən tıxaclarına minnətdaram. etiraf edim ki, “Çərpələng uçuranın üzündən bir neçə dəfə düşəcəyim dayanacaqdan ötüb keçmişəm.

Çərpələng uçuran” – əsərin baş qəhrəmanının öz keçmiş günahlarından arınma istəyinin mükəmməl ifadəsidir. Məhz buna görə əsər qısa sadə desək, möhtəşəm alınıb. Zatən həyat dediyimiz yaşanan keçmişin izlərini silmək cəhdlərindən ibarət deyilmi? qədər mümkünsüz qədər cəfəng bir ...Dünən etdiyimiz günahları yumalıykən yeni-yeni günahlar çələngi hörürük. Türklərin xoşuma gələn bir ifadəsi var: keçmiş olsun! Guya baş verənlər keçmiş olmaqla hər şey düzəlir: “Keçmişin keçəriliyi, keçmişi gömmək barədə deyilənlər yalan imiş. Çünki keçmiş dişiylə, dırnağıyla yol tapıb üzə çıxır...”

Təsəllisiz dözülməzlik-keçmişi silmək olmur... İstəsən , əlləşib vuruşsan da, keçmişin kölgəsi düşür bu gününə... Hey irəliyə getsək , hamımızı etdiyimiz günahların qara kabusları izləmirmi? Ruhumuza təskinlik üçün bağışlanan bağışlanmayan günahlar kimi təsnifləndirdik suçlarımızı. Amma qəlbimizin dərinliklərində bilirik ki, o günahlarımız məhşərə qədər yazıldı kainatın bir yerinə. O kainatın digər bir yazı yeri olan alnımızı da suçlu çıxartdıq hərdən. Ammaalnımıza yazılanı yaşayırıqtəskinliyi dərindən fikirləşəndə dada çatmır ki... Bunun doğrudan da başqa təsəllisi yoxdur: keçmiş olsun!..

Çərpələng uçuranda Əfqanıstanın hər üzünə... toxunulub. İnsanların namusuna, şərəfinə, heysiyyətinə, keçmişinə, gələcəyinə, ümidlərinə ən ümdəsi uşaqlıqlarına. Çox insafsızcasına, amansızlıqla ...

Bu əsərdə hamımızın tanıdığıhamıvar;  ömrümüzün müxtəlif dönəmlərindəhamıbu ya başqa formada həyatımızda göründü, taleyimizdən keçdi, yaxud da bəxtimiz gətirdi ki, onların bəzilərini sadəcə kənardan izləməli olduq, bəzilərini isə sadəcə kənardan izləməli olduğumuza görə bəxtimiz gətirmədi...

Biz əsərdəhamı tanıyırıq:

Özüylə həmyaşıd süd qardaşının, dostunun (sonralar atabir qardaşı olduğunu biləcəkdi) zorlandığı qaranlıq dalanın başından hayqırıbmən burdayam, ona toxunmayın”( bəs biz bunu bacarardıqmı?) deməyə qorxan Əmir. 26 il vicdan əzabı ilə yaşayan, bütün həyatı özünün dediyi kimio qaranlıq dalana boylanmaqla məşğul olan”, dostunu qorumağa qətiyyəti çatmayan oğlancığaz... İllərlə sürən vicdan əzabından sonra uşaqlıq dostu Rəhim Xanın yazığı gəldi ona, “Gəl”,- dedi mövlanasayaq: “Yenə yaxşı olmaq imkanı var...”

gözəl təsəllidi, Allah... Tövbə qapıları bağlanmaz ki... Tanrı böyükdür, etdiyimiz günahlarla sonsuza qədər üzməz ki bizi... Həmişə bir işıq ucu var qaranlıq dalanların sonunda... O qapqara dalanlarda qapqara işlər görülsə , dostunun çərpələngini verməmək xatirinə yeniyetmə heysiyyətini, şərəfini gözə alaraq qurbanlıq qoyun olmağı qəbul edən Həsənlərin işığı aydınladacaq o qaranlıqları...

Əsərdə Baba var... “Mollaların deməyindən asılı olmayaraq, yeganə günahın oğurluq olduğunudesə ,  əsərin ən böyükoğrusuolan Baba...Qanuni sözünü oğrunun əvvəlinə əlavə etsəkmi?! Əmirdən qardaşı olduğunu, işvəkar həzara qızı Sənubərdən doğulan Həsəndən öz doğma oğlu olduğunu bilmək haqqını oğurlayan bu qədər babalı öz vicdanına götürən ziddiyyətli, amir, qətiyyətli, xarizmatik Baba...

Əsərdə Sənubər var...Yeni doğulmuş oğlunu belə qucağına almayan, poliomielitdən ayağı üz əzələləri quruduğundan heç vaxt gülümsəyə bilməyən ərinəƏliyə: “Al, indi sənin əvəzinə həmişə dişini ağardacaq ağıldankəm uşağın da var” – deyə rişxənd edib doğum yatağından qalxar-qalxmaz köçəri musiqiçilərə qoşulub gedən Sənubər... İllərin tavasında qovrulub, qovrulub, zaman əncir qurusu kimi büzüşdürdükdən sonra yenidən ana şəfqətinə həsrət oğlununHəsənin yanına qayıdan, heç olmasa, nəvəsini qucağında saxlamaq səadətini yaşayan Sənubər...

Əsərdə xaraktercə onun tam tərsi olan daha bir qadın- Sürəyya var... Övladının olması üçün ağla gələn gəlməyən bütün müalicələri alan, Əmirin qadını Sürəyya... Bətni boş, ürəyi dolu Sürəyya... Tanrının da qəribə işləkləri olur axı. Analıq hissini birinə, övladı isə başqasına  verir bəzən... Sənubərlə Sürəyya misalı... Amma Yaradan həm çox rəhimlidir.. . Sürəyyanı, Sənubəri övladsız qoymur sonda. Hər halda Xalid Hüseyni belə yazır...

Bir Asif var hələ... Təəssüf ki, hələ var, hələ ... Anası alman, atası əfqan olan iyrənc məxluq, homoseksual-pedofil, qara çalmalı, əbalı Taliban qiyafəsində iblis törəməsi... Hitlerin pərəstişkarı, neofaşist..  kimi ifadələrlə təşbehlənəntəsbeh sahibi”... Əsəri oxuduqca fikirləşdim ki, görəsən Asifin genetik kodlarında Hitlerlə qohumluğu ola bilərmi? Asifhaqqında ən az danışmaq istədiyim indiyədək hər hansı kitabda rast gəlmədiyim ən nifrət ikrah etdiyim surətdir. İkinci beləsini xatırlamıram  hələ ki. bildiyim başqa bir həqiqət var: Xalid Hüseynininyenə yaxşı olmaq imkanı varhəqiqəti bu adama (adamamı?!) aid ola bilməz.

Söhrab var burada. Adı Şərqin məşhur dastanıŞahnamədən isimləndirilən, amma nəsibinə uzun əsrlər öncə , indi Şərqin utanc yeribaça (qadın kimi geyindirilib-bəzədilən rəqqas) olmaq yazılan, rəzil Asifinmənim oğlanımadlandırdığı biçarə, zavallı, kiçicik Söhrab...

Çərpələng uçuranda bir dini-etnik qarşıdurma da var: puştu-həzara qarşıdurması. Birləşib bütöv, rifahlı sivil Əfqanıstanı yaratmalıykən kənar fitnələrlə bir- birinə silah çevirənmüsəlmanlar” – sünni puştular şiə həzaralarınmübarizəsi”. Sonuncular isə sadəcə puştu doğulmadıqlarına, türk kökənli olduqlarına görə qətliama məruz qalıblar illərdir. Necə tanış ssenari..  Bu qırğınlar dünyanın Şərq adlı hissəsinin harasında olmayıb, harasında yoxdur ki...

Əsərdə Taliban var... Hazırkı Əfqanıstanı Şərqin üz qarasına çevirənmənəviyyat carçısışeytanlar... İnsanların çərpələng uçurmaq kimi ən təbii haqqını belə qadağan etməyə cürət edən əxlaqsızlar. Taliban adınıdoğruldurlar”; eynən şeytan tələbələridirlər ki, “xüsusi missiyailə yetişdiriliblər: “Zinakarları daşlamaq? Uşaq zorlamaq? Uzundaban çəkmə geyən qadınları şallaqlamaq? Həzaraları qətliam etmək? Bunların hamısını da İslam adına?”

Siyasi sığınacaq alıb ABŞ-a getmək asan görünə bilər, amma orada oturub əfqan faciəsini yazmaq həm bunu ürəyindən keçirib yazmaq göründüyü qədər asan olmasın gərək. Düşünürəm ki, yazıçı yaşadıqlarının sarsıntısını oxucusundan əvvəl yaşaya bilirsə, onda yaxşı mənada oxucunu sarsıtmağı bacarar. Xalid Hüseyni kimi...

Əsər əvvəldən axıra qədər simvollardan, İlahi Ədalətin bərqərar olduğunu göstərən işarələrdən ibarətdir:

Əmirin övladı olmur. Yəqin ki Tanrının iradəsinə görə, ele belə olmalıydı. Çünki illərlə qəlbində daşıdığı günah yükü onun həyatını, içini qaraltmışdı, vicdan ağrısının yaratdığı qapqara boşluq onunla Sürəyyanın arasında özünə yer tutmuşdu körpə üçün yer saxlamamışdı. Onların diaqnozusəbəbi bilinməyən sonsuzluqidi. Amma oxucu bu səbəbi bilir: onun nəsilartırma qabiliyyətini qurudan ağrılı vicdanının sızıltısı idi. Bu boyda psixi ağrı ilə necə övlad sahibi olmaq olardı?

Vaxtilə Həsənin sapandla kor etməli olduğu Asif vaxtında layiqli cavabını almır. Amma illər sonra onun yarımçıq qalmış işini cinsi zorakılığa uğramış oğlu Söhrab görür. Gözlüklü Talibanı bir gözündən məhrum edir. Heyif ki, ölmür Asif... Bu da bir rəmzdir. Axı pislik tam ölmür, arxayın yaşamaq olmaz, ən gözləmədiyin andan o pisdən zərbə ala bilərsən, ehtiyatı əldən verməməlisən... bir bu rəmz onu anladır ki, atalar vaxtında görməli olduqları işləri oğullarına buraxmamalıdırlarYAXŞI gələcək naminə...

Həsən Fərzanə öldürülür, sadəcə həzara olduqlarına görə... Amma bir təsəlli var, yaxşıların kökü kəsilmir. Onlardan mütləq bir iz qalır. Hətta qədər əzilməsinə baxmayaraq, son anda özündə qüvvə tapıb pisliyi gözündən vuracaq qədər cəsarətlənən Söhrab kimi...

Sənubər övladını atıb gedəndə dünya gözəli idi. Uzun illərdən sonra səadətinin məhz atıb getdiyi yerdə olduğunu dərk edib qayıtdı. Hər bir günahkar kimi o da yaxşı olmaq imkanından yararlanmaq istədi. Qayıdarkən təbiət illər əvvəl ona verdiklərinin hamısını geri almışdı. Dünya ilə mübarizədə dünya qalib gəlmişdiXalid Hüseyninin dediyi kimi.

Vaxtilə gözəl olan indi üzü bıçaqla kəsik-kəsik, günahkar qəlbi para-para olmuşdu. İkrahla lağ elədiyi oğlunun bircə təbəssümünü görmək üçün qayıtmışdı. Bu dəfə Həsən qaçdı. Amma çox qala bilmədi, cəmi bir gün. Belə böyük amansızlığı bağışlamaq üçün bircə gün yetdianadan yetim, həzaraHəsənə. Axı yaxşıları həmişə bağışlamasalar da, yaxşılar həmişə bağışlayırlar...

Ömrünün sonunda Babanı içindən yeyib qurudan xərçəng azarı deyildi əslində, özünün dediyi kimi, elədiyi böyükoğurluqidi. Həsən idi ooğurluğunadı. Baba ömrünün sonunacan gizlicə yanaraq həminoğurluğuncəzasını çəkməli oldu...

Əmir hələ uşaqlığından Asiflə üz-üzə gəlməyə qorxurdu.. Amma həyat çox inadkardır. Ən tərs uşaqdan da inadkar. Keçmişindən, qarşılaşmaq istəmədiyindən qədər qaçsan da, mütləq bir gün üz-üzə gəlməli olursan. Əmirlə Asifin görüşü illərlə yubandı, amma baş verdi yenə ... Deməli, taledən qaçmaq mümkün deyilmiş. Bunun üçün 26 il keçməliydimi? 26 il! Gözünə dik baxmaq lazımmış taleyin, onsuz da olan olacaqmış... Sən savaşmalısan...

Həzara bilinib həmişə təhqir edilən, zahirən, genetik olaraq anasından aldığı həzara əlamətlərini daşısa da, Həsənin damarlarında milliyyətini təyin edən əsl puştu qanı axırmış, sən demə... Deməli, millət ayrı-seçkiliyi, irq diskriminasiyası etmək qədər mənasız, absurd imiş... Milli mənsubluq da nisbidir deməli, önəmli olan İNSANdır... 

sonda əmisi Əmirin Söhraba sahib çıxması da təsadüfi deyil. Həm mənəvi, həm siyasi baxımdan. Birincisi, Söhrab Əmirin qardaşı oğludur, qanının, geninin daşıyıcısıdır, deməli, həm onun nəslinin davamçısıdır. İnsan qədər güclü olsa da, ömürlük vicdan əzabı ilə yaşaya bilməz. Mütləq etdiyi günahı yuyacaq bir savab görməlidir. Söhrab həm Əmirin qazandığı savabdı. Digər bir tərəfdən demokratik, azad bir ölkədəABŞ-da yaşasa da, ən azı çərpələng uçurmaq həvəsi ilə tam bir əfqan olan Əmirin çirkab bataqlığından dartıb sahib çıxdığı Söhrab, həm köməksiz uşaq qədər məzlum adamı diksindirəcək qədər mənfur olan zorlanmış Əfqanıstanın rəmzidir. Deməli, Əfqanıstanı onun vətəndaşıyalnız əfqan qurtarmağı bacarar, demokratiyanı, humanizmi tutalğac edərək ölkəsini yaşadığı iyrənc cəhalətdən çıxara bilər.

Yenə yaxşı olmaq imkanı varkən, qədər ki, gec deyil, hər bir əfqan vətəninə müraciətləSəndən ötrü min yoldeməyi bacarmalıdır... Əks halda, Əfqanıstanda mavi quyruqlu qırmızı çərpələng uçurmaq istəyənlərin günü gələcəkdə qara olacaq...

 





23.12.2013    çap et  çap et