525.Az

"Koronavirus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir"


 

"Koronavirus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir"<b style="color:red"></b>

“Aparılan müşahidələr göstərir ki, koronavirus insan orqanizmində qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, virus sayəsində orqanizmin kalqulyasiya sistemindəki normal biokimyəvi proseslər çox ciddi zədələdiyindən orqanizmdə tromboz baş verir və trombla əlaqədar olaraq istər ürək divarında, digər damarlarda, beyin damarlarında çox ciddi tıxanmalar olur: “Bunun nəticəsində ya ağır orqan zədələnmələri, ya da həyati təhlükələr yaranır”.

 





18.06.2020    çap et  çap et