525.Az

"Bakı və digər rayonlarda tibbi xidmətlərlə bağlı çatışmazlıq olmayacaq"


 

"Bakı və digər rayonlarda tibbi xidmətlərlə bağlı çatışmazlıq olmayacaq"<b style="color:red"></b>

“Təhlillər onu göstərir ki, icbari tibbi sığorta tətbiq olunmayan rayonlarda digər xəstələrlə bağlı çarpayıların doluluğu 30 faiz, Bakıda 40 faiz olub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanalarının pandemiya xəstəxanalarına çevrilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

R. Bayramlı deyib ki, bu rayonlardakı digər xəstələr 30-40 dəqiqə uzaqlıqda yerləşən digər xəstəxanalarda müalicə olunacaqlar: “Dializ və digər xəstələrlə bağlı fəaliyyətlər isə həmin xəstəxanalarda davam etdiriləcək. Bakı və digər rayonlarda tibbi xidmətlərlə bağlı hər hansı çatışmazlıq olmayacaq”.

 





18.06.2020    çap et  çap et