525.Az

"Xüsusi karantin günlərində metro və digər KNV fəaliyyət göstərəcək"


 

"Xüsusi karantin günlərində metro və digər KNV fəaliyyət göstərəcək"<b style="color:red"></b>

“İş rejimi ilə bağlı özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadə edə biləcəklər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, bu məsələ Operativ Qərargahda müzakirə olunub və sabah geniş məlumat veriləcək.

XİN rəsmisi onu da əlavə edib ki, xüsusi karantin rejimi günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyət göstərəcək.

 





18.06.2020    çap et  çap et