525.Az

"Özəl xəstəxanaların pandemiya xəstəxanalarına çevrilməsinə zərurət yoxdur"


 

"Özəl xəstəxanaların pandemiya xəstəxanalarına çevrilməsinə zərurət yoxdur"<b style="color:red"></b>

“Bu gün özəl xəstəxanaların pandemiya xəstəxanalarına çevrilməsinə zərurət yoxdur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, amma bütün planlar mövcuddur: “Bu gün nəyi tətbiq ediriksə, bu gün deyil, öncədə ekspertlər tərəfindən hazırlanmış qərarlardır. Elə bir qərar qəbul edilərsə, özəl xəstəxanalar da, dövlətin təsərrüfat hesablı xəstəxanaları da prosesə qoşula bilər. Ancaq bu halda digər xəstəliklərlə bağlı xidmətlərin zərər görməməsini nəzərə almalıyıq. Tutaq ki, ölkədəki bütün xəstəxanaları, bütün çarpayı fondunu buna yönəldək, həkimlər də tapıb gətirək, COVİD-19-la məşğul olsunlar. Bütün çarpayı sayı doldu, digər xəstələr necə olacaq, onları necə müalicə edəcəksiniz? Məsələ budur”.

 





18.06.2020    çap et  çap et