525.Az

"Baktelecom" abunəçilərinin internet təminatında fasilə yarandı


 

 "Baktelecom" abunəçilərinin internet təminatında fasilə yarandı<b style="color:red"></b>

"Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, nəticədə bəzi "Baktelecom" abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb.

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

 

 





18.06.2020    çap et  çap et