525.Az

Daha dörd rayona yeni prokuror təyin edildi - Yenilənib


 

Daha dörd rayona yeni prokuror təyin edildi - <b style="color:red"> Yenilənib</b>

Bakının Nəsimi rayonuna yeni prokuror təyin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Həsən Hənifəyev Nəsimi rayon prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.

***



Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.

 





19.06.2020    çap et  çap et