525.Az

Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib


 

Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib<b style="color:red"></b>

Ötən həftə tətbiq edilən sərt karantin günlərinə görə torpaq yollarla Bakıdan rayona, rayondan Bakıya gedib-gələn sürücülər cərimələnib.

Trend-in məlumatlna görə, bunu Baş Dövlət Yol Poliso İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin ərazidən gizli yolla rayonlara gedən 1000-ə yaxın sürücü məsuliyyətə cəlb olunub:

"Bu şəxslər Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan və rayonlara getmək icazəsi olmayanlardır. İcazəsi olan və sıxlığa görə torpaq yolla rayona gedib-gələnlər isə məsuliyyətə cəlb olunmayacaqlar".

K.Əliyev qeyd edib ki, həmçinin torpaq yolla rayona getmək istəyərkən əmrə tabe olmayıb polisə müqavimət göstərən 3 sürücü barəsində inzibati həbs qərarı çıxarılıb.

 





19.06.2020    çap et  çap et