525.Az

"Son həftələr ikitərəfli pnevmoniya olan çox xəstəmiz var"


 

"Son həftələr ikitərəfli pnevmoniya olan çox xəstəmiz var"<b style="color:red"></b>

“Son həftələr aktiv xəstə sayından da çox koronavirus testi neqativ çıxmış, yaxud çıxmamış ikitərəfli pnevmoniya xəstələrimiz var. O xəstələr artıq keçən həftədən koronavirus xəstəsi kimi xəstəxanalara qəbul olunurlar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, kliniki olaraq koronavirus əlamətləri görünürsə, o xəstələr koronavirus xəstələri kimi qəbul edilirlər: “Belə xəstələrimiz çoxdur”.


 

 





20.06.2020    çap et  çap et