525.Az

“Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması barədə dəqiq söz demək mümkün deyil"


 

“Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması barədə dəqiq söz demək mümkün deyil"<b style="color:red"></b>

"Koronavirusa yoluxanların yenidən bu virusa yoluxması ilə bağlı dəqiq bir söz söyləmək mümkün deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, Azərbaycanda hazırda bu xəstəliyi keçirmiş insanlarda seroloji testlər aparılır: “Bu, xəstəliyi keçirmiş insanlarda immunitetin yaranıb-yaranmamasını üzə çıxarmaq üçündür. Ancaq pnevmoniya ağır haldır. Ona görə də bunu keçirmiş insanlar özlərini qorumalıdır. Koronavirusa ikinci dəfə yoluxma ilə bağlı dünya təcrübəsində az hal var”.

 





20.06.2020    çap et  çap et