525.Az

Bakıda mərkəzi yolları təmirə bağlanır


 

Bakıda mərkəzi yolları təmirə bağlanır<b style="color:red"></b>

Bakıda mərkəzi yolları təmirə bağlanır.

Trend-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün saat 22:00-dan səhər saat 04:00-a qədər "Azneft" dairəsi, Niyazi küçəsi və Neftçilər prospektində aparılacaq rəngləmə işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti nisbətən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə açıqlamasında bildirib ki, xətlənmə işlərinin başlanğıcı Niyazi küçəsindən olacaq və "Azneft" dairəsindən keçməklə Azadlıq Meydanına qədər davam etdiriləcək.

Onun sözlərinə görə, təmir işlərində yolun yenidən xətlənməsi planlaşdırılır. Yol cizgiləri, yol göstəricikləri, piyada keçidləri və digər işlər daxildir.

 





23.12.2013    çap et  çap et