525.Az

Sokratın vətənində


 

Sokratın  vətənində<b style="color:red"></b>

Ötən ayın son həftəsi Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli, deputatlar Azər Badamov,  Nazim Fərəcov və  Hacı İqbal Məmmədovla birlikdə Afinaya səfərimiz yaddaşıma dərin izlər buraxdı. Yunanıstan gənc yaşlarımdan   diqqətimi çəkən görmək istədiyim ölkələrdən  biri olub. Amma  səfər təəssüratlarımı yazmağa  məni vadar edən təkcə  bu maraq hissi deyildi.

Hüseynbala MİRƏLƏMOV

Milli Məclisin deputatı,
yazıçı-dramaturq

Daş döşənmiş küçələrinə Sokratın hikməti hopmuş,  hər guşəsi, bağı-bağçası çoxəsrlik    zəngin tarixə malik  Afinaya qısamüddətli səfərimiz rəsmi qaydada Yunanıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilirdi.

Səfər zamanı nümayəndə heyətimizin proqramında bu ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti, deputatların şəraiti ilə yaxından tanış olmaq, yunanlı həmkarlarımızla bir sıra maraqlı görüşlər keçirmək, parlamentlərarası əlaqələrin inkişafı digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparmaq nəzərdə tutulmuşdu. 

Səfərimiz Yunanıstan Respublikasının parlamenti hökuməti ilə bir sıra əhəmiyyətli maraqlı görüşlərlə yadda qaldı. Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dimitrios Kiriziadis  bizi səfər boyu  müşayiət edərək  yunanlı  həmkarlarımıza   hökumət nümayəndələrinə  təqdim etdi  Məhz onun təşəbbüsüylə nümayəndə heyətimiz Yunanıstan parlamentinin sədr müavini Xristos Markoqiannakosla, Parlamentin Sosial siyasət, Milli Təhlükəsizlik Xarici Əlaqələr, İnsan hüquqları komitələrinin sədrləri üzvlərilə hər iki ölkə üçün yaxın gələcəkdə  uğurlu səmərə  verəcək  görüşlər keçirdik. Afinada yüksək səviyyəli icra hakimiyyətinin rəhbərləri ilə keçirilən görüşlər  daha maraqlı oldu.

Ölkənin səhiyyə naziri Adonis Qeorqiadis, İctimai Təhlükəsizlik Nazirliyinin baş katibi Patroklos Qeorqiadis, turizm naziri Olqa Kefalogianni, ətraf mühit energetika naziri Yannis Maniatis, xarici işlər nazirinin müavini Dimitris Kurkulasla bir sıra çox vacib   konstruktiv danışıqlar apardıq.

Yüksək səviyyəli görüşlərdə parlamentlərarası dostluq qrupunun gələcək fəaliyyətindən, gələn il Yunanıstanın Avropa İttifaqına sədrlik perspektivlərindən, TAP (Trans-Adriatik Pipeline) enerji proyektinin iqtisadi səmərəliliyindən (bu barədə ətrafli qeydlərimi aşağıda oxucularla geniş təqdim edəcəyəm), turizm sahəsində əməkdaşlığın daha da artıralacağı ilə bağlı  mövzular  önə çəkildi. Eyni zamanda, nümayəndə heyətimiz ölkə ilə daha yaxından tanışlıq məqsədilə maraqlı mədəni kütləvi  tədbirlərdə iştirak etdi.

Qərb sivilizasiyasının qəlb fəlsəfəsinin beşiyi  hesab olunan qədim Ellada torpağında  səfərimizin yüksək səviyyədə hazırlanmasında həyata keçirilməsində, Yunanıstan ParlamentininAzərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev diplomatik missiyanın digər əməkdaşları böyük mütəşəkkillik nümayiş etdirdiyini xüsusi qeyd etmək istəyirəm.

Yunanıstanın  paytaxtı  Afinaya  səfərimiz mənim üçün hər şeydən öncə bu ölkəylə yeni tanışlıq idi. Digər tərəfdən doğma Azərbaycanımızın  dostluq münasibətlərinin arenasının son  on ildə daha da genişlənməsi  səfər yoldaşlarım  kimi  məni sevindirirdi.  Lakin yuxarıda qeyd etdiyim kimi,  gənc yaşlarımdan görmək istədiyim Sokrat, Aristotel, Demokrit, Platon   başqa filosofların  vətəni  barədə düşünəndə  səfər  zamanı özümə belə sual verirdim:  bəs  indiki yunanlar görəsən müasir dünyaya keçmişdə fəth etdikləri həmin müdriklik zirvəsindən boylana bilirlərmi? 

Bu sualın   yaranmasının  yalnız bircə səbəbi vardi.  Açığını deyim ki,  bir müddət öncə  Qondarma DQRin  prezidenti  Bako Sahakyanın  bu ölkədə  işgüzar səfərdə olması    parlamentdə qarşılanması xəbərini  mətbuat səhifələrində oxuyanda mənim ovqatım, sözün həqiqi mənasında,  çox korlanmışdı.  Təbii ki,  bu səfərdə həmin məsələnin önə çəkilməsi,  etirazımızı şəkildə deyəcəyimiz məni çox düşündürürdü. Ola bilməzdi ki, müdriklik ilahəsi Afinanın adını daşıyan, bütün dünyada azadlıq, demokratiya incəsənətin simvolu hesab olunan  bu qədim yunan  paytaxtının son 20 il ərzində Dağlıq Qarabağın ermənilər tərəfindən işğalından xəbəri  olmasın?!.  

İndi  bu  barədə  düşüncələrimi  Bakıda  rahatca kabinetimdə  oturub qələmə aldığım məqamda Azərbaycanın Yunanıstanda fövqəladə səlahiyyətli səfiri Rəhman Mustafayevin mübariz diplomat obrazı canlanır gözümün önündə.  Bəli,  Afinada rəsmi dairələr görüşlər zamanı o,  məni  çoxdan bəri  narahat edən  həmin sualı  özünəməxsus şəkildə qınaq obyekti kimi  önə çəkdi.

Qəribə olsa da yunanlı həmkarlarımız hörmətli səfirimizin  bu sualı qarşısında acizliklərini biruzə verməmək üçün  baxışlarını qeyri- məchul nöqtəyə zilləyərək yalnız bunu dedilər: 

Biz onu   (yəni  B. Sahakyanı   H. M.) burda sadəcə bir qonaq kimi qeyri-rəsmi şəxs olaraq qarşıladıq.  Bu jestin etika xatirinə olduğunu,  diplomatik cavabda   ciddi təkzib, təsdiq vurğulandığını  şərh etməyə ehtiyac   yoxdur. 

Çünki Bako Sahakyan Yunanıstanda səfər çərçivəsində Atenkin  Surb Astvadazin (Ana Məryəm) adlanan erməni kilsəsində  bazar günü ibadətində iştirak etdiyi, sonra  Ermənistanın  bu ölkədəki  səfirliyində,  erməni Xalq hərəkatı,  erməni-yunan ticarətsənaye palatasının bir qrup üzvləriylə mətbuat nümayəndələriylə görüşləri haqqında təkzibedilməz məlumatımız vardı. Onu da qeyd edim ki, ermənilərlə yunanları bir ortaq nöqtəyə gətirən əsas səbəblərdən  birincisi  şübhəsiz ki, qardaş Türkiyə ilə yaxşı olmayan münasibətlərdən  qaynaqlanır.

 Yunan  barmağı

Lakin açıq etiraf edək ki, Azərbaycan diplomatiyası da beynəlxalq müstəvidə erməni-yunan işbirliyindən az zərər görməmişdir.  2006- ildə qıbrıs türkləri ilə Azərbaycan arasında qarşılıqlı təmaslardan sonra yunanlar bir müddət BMT- Bakıya diplomatik savaş açdılar: Azərbaycanın təqdimatı ilə gündəliyə salınmışDağlıq Qarabağda qanunsuz məskunlaşmaya dairqətnamə ikinci dəfə müzakirədən çıxarıldı arxivə göndərildi. Azərbaycanla Avropa Birliyi arasında yenicə təməli atılanqonşuluqmünasibətlərinə qismən olsa, kölgə düşdü. Bir müddət öncə isə Avropa Parlamenti yunan-erməni icmasının təsiri altında Azərbaycanın əleyhinə qərarlar çıxarmağa başladı. Qurumun Naxçıvanda guya erməni abidələrinin dağıdılması ilə bağlı qəbul etdiyi qətnamə yunanların işi idi. Son olaraq, Azərbaycanla AB arasında imzalanmış qonşuluq planında ölkəmizin ərazi bütövlüyü ilə bağlı yaşanan anlaşılmazlıqlardayunan barmağınınolduğu aşkarlandı. Belə bir dönəmdə Kipr yunanlarının Dağlıq Qarabağla təmaslar qurması, separatçılarının nümayəndələrinin istər Nikosiyada,  istər Afinada rəsmi şəxs kimi qəbul olunması  normal hal aldı. İrəvanda türklərə qarşı erməni-yunan ensiklopediyasının hazırlanması təklifi ortaya atıldı. Bu ölkələr tarixdətürk xalqları tərəfindən üzləşdikləri haqsızlıqlaradair saxta ittihamlar hazırlaması da artıq heç kimə sirr deyil.

Əlbəttə,  bu gün ağır iqtisadi  durumda  olan Yunanıstan üçün hansı  ölkəylə  dostluğa   üstünlük  verməsi  bu dövlətin  öz daxili işidir.

 Amma qədim yunan filosofu Sokratın belə bir kəlamı var: “Biz dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq”. 

Bu gün TAP layihəsinin Yunanıstan üçün prioritet məsələ olduğunu   layihənin reallaşmasının  qlobal böhranın fəsadlarından əziyyət çəkən  bu ölkənin iqtisadi inkişafına təkan verəcəyini əmin olduğunu  dilə gətirən yunan siyasətçiləri  məncə, Azərbaycanla  dostluğa daha çox  önəm verirlər. 

Dostluqdan söz düşmüşkən qeyd edim ki, axı Azərbaycanla Yunanıstan arasında istər tarixi, istərsə , mədəni sahədə əlaqələrin kökü qədim dövrlərə gedib çıxır. Bunu ölkəmizdə aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim yunan qabları, sikkələri, qədim yunan yazıları da sübut edir. Bu tarixi izlərin bir qisminin eramızdan əvvəl IV əsrdə makedoniyalı İsgəndərin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına yürüşü zamanından qaldığı  hamıya məlumdur.

Bu əlaqələr tarixin sonrakı mərhələlərində davam etdirilmişdir . Hazırda Azərbaycanda (əsasən Bakıda) yunan əsilli 500-dək insan yaşayır. Onların əksəriyyətinin ata-babaları XIX əsrin sonuXX əsrin əvvəllərində  Bakıda neft sənayesinin yüksəlişi ilə bağlı gəliblər, burada çalışıblar, biznes qurublar. (“Mədəniyyətqəzeti, 23 iyul  2010)

Müstəqillik əldə edəndən sonra  Azərbaycanın dünyanın bir çox ölkələri ilə yanaşı, Yunanıstanla əlaqələr  yeni mərhələyə qədəm qoydu

Ölkələrimiz  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında 1992-ci ildən təmsil olunur. Bu qurumda regional əməkdaşlıq baxımından faydalı layihələr həyata keçirilirİqtisadi İnkişaf Əməkdaşlıq Təşkilatının üzvü olan Yunanıstan Qara dəniz, Şərqi Avropa Şərqi Aralıq dənizi bazarlarına çıxış üçün əlverişli məkan olmaqla yanaşı, bu ölkələrlə əlaqələrin qurulmasında körpü rolunu oynayır.

İki ölkə arasında münasibətlər müxtəlif sahələrdəo cümlədən mədəniyyət turizm sahəsində inkişaf edir.

Səfərimiz zamanı qədim Ellada torpağının güclü turizm potensialı olduğu, Azərbaycanla Yunanıstan arasında genişmiqyaslı iqtisadi mədəni əlaqələr çərçivəsində turizmə geniş yer ayrılması zərurəti diqqətə çatdırıldı. Yunanıstan turistlərin daha çox ziyarət etdiyi ölkələrdən biridir. Ölkəyə ildə 11 milyon turist gəlirBu isə Yunanıstanın büdcəsinə  4 milyard dollar əlavə gəlir gətirir.

Gözəl mənzərələr diyarı

Yunanıstan özünün mülayim iqlimi, Aralıq dənizinin bir-birindən gözəl sahili əraziləri, klassik arxeoloji tarixi yerləri ilə bütün dünyada məşhurdurIrili-xırdalı gözəl sakit adalar, əsl yunan qonaqpərvərliyi ölkəyə turist axınını artıran amillərdəndir.

Aralıq  dənizi  nəinki Yunanıstanın Avropa   sivilizasiyasının  qapısı olub.  Fransız tarixçisi  Fernand Braudel  Aralıq dənizikitabında  bu barədə belə yazır:

Nədir bu Aralıq dənizi? Min bir şeyin hamısı  birdən. Bir mənzərə deyil, saysız mənzərələr. Bir dəniz deyil, bir-birini izləyən bir çox dəniz. Bir sivilizasiya deyil, bir-biri üzərinə yığılmış bir çox sivilizasiya”.   

Onu da qeyd edim ki, Yunanıstanla Azərbaycan arasında 2005-ci ildə turizm sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Həmin sazişə əsasən ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Yunanıstanın ölkəmizdəki səfirliyi ilə birgə əməkdaşlığı sayəsində 2008-ci il noyabrın 23-dən dekabrın 1-dək Mədəniyyət Turizm Nazirliyi, turizm şirkətləri KİV nümayəndələrindən ibarət heyətin Yunanıstana infoturu təşkil edilmişdir.

6 mart 2007-ci  ildə Azərbaycan Respublikasının  Prezidenti möhtərəm  İlham Əliyev cənablarıAzərbaycan Respublikası  ilə Yunanıstan Respublikası arasında iqtisadi, sənaye texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədəsərəncam imzalamışdır.

2007-ci ilin iyulunda  isə belə  bir Afinada Yunanıstan tərəfindən imzalanmışdır.  Azərbaycanla Yunanıstan arasında mədəni əlaqələr genişlənməsinə dair çoxlu faktlar göstərmək olar.

Bakı Slavyan Universitetində  müasir yunan dili mədəniyyəti mərkəzinin yaradılması burada Yunanıstanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, müasir dövrdə Yunanıstan-Azərbaycan əlaqələrinə dair 1000-ə yaxın qəzet, jurnal, kitab, dərslik, CD, DVD audio materialların toplanması, bu ilin yayında Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi tərəfindən dəvətilə Bakıda qonaq olan olunub. Afina Akropol muzeyinin prezidenti professor Dimitros Pandermalislə Milli İncəsənət Muzeyində görüş keçirilməsi iki ölkə arasında mütəmadi əlaqələrin təzahürüdür.  

Yeri gəlmişkən, nümayəndə heyətimiz üçün nəzərdə tutulmuş proqram çərçivəsində Afinanın Akropol muzeyində olduq. Akropol (yunancadan tərcümədəyuxarı şəhərmənası verir) onun başlıca tikintisi olan Parfenon  məbədi 6000 min illik tarixə malik Afinanın mərkəzində  yerləşir.  Parfenon məbədi  dünya mədəniyyətinin  şah əsərlərindən biridir.

Akropol hündürlüyü 156 metrə çatan qayalıq meydançada 2500 il tarixi olan memarlıq abidələri ilə zəngin açıq muzeydir. Qədimdə həm dövlət, həm dini mərkəzi sayılan  Afinanın simvolu hesab olunan bu müqəddəs qaya qədim sivilizasiya ilə müasirliyi bir araya gətirir. Bura yunan mifologiyasında hərb zəfər ilahəsi, eləcə  müdriklik, bilik, incəsənət sənətkarlıq ilahəsi  Afinanın ziyarət etdiyi çoxsaylı məbədlər yerləşir. Akropol öz möhtəşəm görünüşü ilə onu görməyə gələn hər bir turistin qəlbində unudulmaz izlər buraxır. Afinalılar Akropoldakı müqəddəs məbədlərin qeyri tikililərin bərpa olunmasına qorunub saxlanmasına ciddi fikir verirdilər.

Milli arxeoloji muzey Afinanın ən əhəmiyyətli məşhur muzeylərindən biridir. Muzeydə Neolit dövründən başlayaraq Roma imperiyası dövrünə qədər bütün qədim yunan sivilizasiyalarına aid ən gözəl rəsm əsərləri nümayiş olunur.

Akropolun aşağı hissəsində bir zamanlar Afinanın ticarət mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat Platon kimi görkəmli filosoflar gəzinti xoş söhbət üçün məhz bu məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta e.ə XI ərsə aid abidələrə rast gəlmək mümkündür.

Ümumiyyətlə, Afina şəhəri  özü Attika adlı böyük yarımadada geniş düzənliyin mərkəzində yerləşən sıldırımlı təpədə salınmışdır. Şəhər 3 tərəfdən dağlar Saronikas körfəzi ilə əhatə olunur. 

E.ə. V əsrdə Yunanıstan paytaxtında hakimiyyətin iki forması uğrunda mübarizə gedirdi. Yuxarı təbəqə oliqarxiya (azların hakimiyyəti) tərəfdarı idi. Azad əhalinin aşağı təbəqəsi demokratik hakimiyyəti (xalq hakimiyyətini) müdafiə edirdi.

Tarixəquldarlıq demokratiyası  adlanan  ali hakimiyyət  Afinada ayda 3-4 dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə sülh məsələsini həll edir, strateq başqa vəzifəli şəxsləri seçirdi. Qərarlar səs çoxluğu ilə qəbul olunurdu. 500 nəfərdən ibarət şura xalq yığıncağına kömək edirdi. Xalq yığıncağı demosun mənafeyini müdafiə edənləri vəzifəyə seçirdi. E.ə. 443- ildə strateq vəzifəsinə görkəmli dövlət xadimi Perikl seçildi. “Perikladışöhrətlə əhatələnmişmənasını daşıyır O, ömrünün sonuna kimi 15 il dalbadal strateq oldu. Perikl varlı ailədən olmasına baxmayaraq demokratiyanı müdafiə edirdi. Perikl dövrünün ən görkəmli elm mədəniyyət xadimlərini müdafiə edirdi. Parfenon məbədi digər möhtəşəm abidələr onun dövründə tikilmişdi. O, yoxsulların pullu vəzifələrə seçilməsinə nail oldu. Afinada dövlətin bu cür idarə olunması demokratiya adlanırdı, bu dademosun hakimiyyətidemək  idi.   Perikl dövründə demokratiya özünün ən yüksək mərhələsinə çatdı.   Dövlət xadimi olmaqla bərabər oAfina demokratiyasının banilərindən biri, məşhur natiq  sərkərdə idi .Perikl Afinanın dəniz qüdrətini möhkəmlətdi, şəhəri,  paytaxt  iqtisadi mədəni inkişafının zirvəsinə qalxdı. Tarixə  Perikl əsri  kimi daxil olan həmin  dövrdə Afina ellin dünyasının iqtisadi, siyasi mədəni mərkəzi oldu.

Afinada ata-anası afinalı olanlar vətəndaş sayılırdı. Qullar, Afinaya gəlmələr onların övladları Afina vətəndaşı ola bilməzdilər, demokratiyanın bəhrəsindən istifadə etmək hüquqları yox idi.

Afinalılar “dəniz sahibləri” sayılırdılar. İran-Yunan müharibəsindən sonra da Afina dəniz ittifaqı fəaliyyət göstərdi. Afina bu ittifaqın donanma qoşunundan, xəzinəsindən istədiyi kimi istifadə edirdi. Afinalılar öz şəhərlərinin ətrafına müdafiə divarları çəkdilərHətta paytaxtın 6 kilometrliyində olan körfəzdə salınan Pirey limanına qədər hündür divarlar çəkilmişdi. Dünyanın müxtəlif ölkələrindən Afinaya məhsullar gətirilirdi, buradan isə Afinada istehsal olunan məhsullar aparılırdı. Tacirlər Afinaya gətirdikləri mal üçün ticarət vergisi (gömrük rüsumu ) verirdilər. E.ə. V əsrdə Afina Yunanıstanın ən varlı şəhər dövləti  idi. Afinanın sərvəti qala divarlarının tikilməsinə, möhtəşəm məbədlərin, ictimai binaların, heykəllərin yaradılmasına sərf olunurdu. Bu isə bənnaların, sənətkarların başqalarının işlə təmin olunmasına şərait yaradır, hərbi donanma gəmiqayıranların, dənizçilərin, avar çəkənlərin yaşamasına imkan verirdi.

Hal-hazırda Afinada təxminən 5 milyona  yaxın əhali yaşayır. Paytaxtın  mərkəzi hissəsi  şəhərətrafı ərazilərin  kəndə bənzəyən  görünüşü ilə təzad təşkil edir.

Prezident sarayı, ənənəvi formada geyinmiş Milli Qvardiyanın qarovulu, 1896- ildə ilk olimpiya oyunlarının keçirildiyi Panatenian meydanı,  mərmərlı Olimpiya stadionu, Olimpiyalı Zevsin məbədi, Afina Universtitetinin, Akademiyasının Milli Kitabxanasının  binaları paytaxtın hüsnünə gözəllik verir.

Sintaqma meydanı müasir Afinanın mərkəzində yerləşir. Meydan 1840- ildə Kral Sarayı kimi tikilən, hal-hazırda isəParlament binasıadlanır. Statistikaya görə, Yunanıstanda yarım milyona yaxın müsəlman yaşayır.  Onların təxminən 150-200 mini  Afinada məskunlaşıb.

Xatırladaq ki, Afina Avropada məscid olmayan yeganə paytaxtdır.  Müsəlmanlar üçün  Yunanıstanda yeganə məscid ölkənin şimal-şərqindəTürkiyə ilə sərhəddə, Frakiya ərazisində yerləşir. Paytaxta məscid olmadığından müsəlmanlar cümə günləri mədəniyyət mərkəzləri, stadionlarda ya mənzillərdə, bəzən meydanlarda namaz qılmalı olurlar. Yunan Müsəlmanlar Dərnəyinin çoxsaylı müraciətinə əsasən Afina meriyası şəhərdə məscid tikintisinə  çoxdan icazə verib.

2006- ildə paytaxtda məscidin tikintisinə verilən   həmin  qərara hələ iki  il öncə  yunan parlametində 300 deputatdan 198-i səs vermişdi. Bu qərar paytaxtda yaşayan müsəlmanlar tərəfindən sevinclə qarşılansa da məscidin tikintisi  bəzi səbəblərə görə təxirə salındı. Afina səfərimizdə bizə məlum oldu ki, bu ilin martında baş nazir Antonis Samaras Afinada məscid inşası üçün müsabiqə elan etmək barədə sərəncam verib. Afina meri Yorqos Kaminisin sözlərinə görə, məscidlərin inşa edilməsi ölkədə müsəlmanlar üçün əsas problemlərdən birini həll edəcək. Paytaxtda ilk məscidin Votaniko rayonunda inşa edilməsi planlaşdırılır. Müsabiqə Yunanıstanın Nəqliyyat Nazirliyi tərəfindən keçiriləcək. Afinada inşa ediləcək məscid müasir ornamentləri özündə əks etdirəcək Osmanlı dövrünün məscidlərini xatırlatmayacaq. Məsciddə eyni vaxtda 350-dən çox inanclı ibadət edə biləcək. Onun tikilməsi üçün 846 min avro ayrılıb.  İbadət ocağının tikintisi üçün lazımi vəsait yunan dövləti tərəfindən ödəniləcək. Xarici ölkə ya özəl qurumların yardımları isə qəbul edilməyəcəkXatırladım ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan  bəyanatlarının birində  Afinada məscidin tikilişinə icazə verilməsi halında  özlərinin inşa edəcəyini bildirmişdi.

Ümid edirik ki Afinada inşasına başlanan bu ibadət ocağı  burada fəaliyyət göstərən  Müsəlmanlar Dərnəyinin mərkəzi, eyni zamanda Yunanıstanın da ən böyük məscidi olacaq...

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa gəldikdə Afinada görüşlərimizin əsas mövzularından biri olan TAP lahiyəsinin Avropada gələcək perspektivlərindən danışmaq  kifayətdir.

Avropa dünyanın ən sıx əhali yaşayan qitəsidir. Son illərdə ekspertlər qitənin  enerji təchizatında Xəzər  regionu amilinə üstünlük verirlərXatırlatmaq yerinə düşər ki,  hələ 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Xorvatiya prezidenti Stipe Mesiçlə birgə keçirdiyi mətbuat konfransında Adriatik dənizi ölkələrini energetika sahəsində əməkdaşlığa çağırmışdı.

2013- il fevralın 15- Afinada Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz kəmərinin tikintisinə dair İtaliya, Albaniya Yunanıstan hökumətləri arasında saziş imzalandı. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.  Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003- ildə İsveçinAxpoşirkəti irəli sürüb. Artıq 10 il ərzində aparılan araşdırmalar danışıqlar nəticəsində  bu ideya reallığa çevrilmək üzrədir.

ŞahdənizKonsorsiumunun TAP layihəsini seçməsi beynəlxalq ictimaiyyətin böyük marağı dəstəyi ilə qarşılanıb. Belə ki, Avropa İttifaqının () Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlayıb

Komissiyasının prezidenti Xose Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsi kimi qiymətləndirib: “Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə imzaladığım strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən - birbaşa xüsusi keçid olacaq getdikcə genişlənəcəkCənubqaz dəhlizinin tam çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir”. 

Bu  layihənin  reallaşması  Avropanın yeni enerji resursları əldə  etməkdə daha  uğurlu  şansıdır. TAP layihəsinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi dünyanın iri şirkətlərinin marağını cəlb etməsi heç təsadüfi deyil. Bu layihə həm onda iştirak edən dövlətlər, həm onun həyata keçirilməsi ilə birbaşa məşğul olan şirkətlər üçün olduqca sərfəli hesab edilir

Hazırda TAP-ın səhmdarları İsveçrəninAxpo” (42,5 faiz), NorveçinStatoil” (42,5 faiz) AlmaniyanınE.ON Ruhrgas” (15 faiz) şirkətləridir. Lakin səhmdarların sayı arta bilər. Belə ki,  ARDNŞ-nin Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsinin səhmdarları sırasına daxil ola biləcəyi ehtimalı böyükdür. TAP-ın səhmdarları sırasına, həmçinin TANAP-da (Trans-Anadolu Qaz Kəməri) pay almaqla bağlı razılıqlarını verən BP Totalşirkətlərinin daxil olması ehtimalı var. Həmçinin, Trans-Adriatik Qaz Kəməri layihəsinin tərəfdaşları TürkiyəninBOTAŞşirkətinə qapılarının açıq olduğunu bildiriblər

Ekspertlərin  fikrincə,  Azərbaycan qazının Avropaya çatdırılmasında İtaliya heç son hədəf olmayacaq Şahdənizqazının bu ölkədən Avstriyaya, İsveçrəyə, Almaniyaya digər ölkələrə çatdırılması nəzərdə tutulub. Bundan əlavə, bu yaxınlarda Brüsseldə Albaniya, Bosniya Herseqovina, Xorvatiya, Yunanıstan, İtaliya, Monteneqro, Serbiya Sloveniya Adriatika-İonika Şurasının XV toplantısının yekunu olaraq bəyannamə qəbul edərək, regional enerji layihələri arasında ilk növbədə TAP-a xüsusi dəstək verəcəklərini vəd ediblər. Bu baxımdan, enerji ehtiyatlarının daşınması, nəqliyyat infrastrukturunun yaradılması gücünün artırılması, Avropanın nəqliyyat sisteminə şəbəkəsinə inteqrasiyasını nəzərdə tutan layihələr, xüsusilə, TANAP TAP layihələri, eləcə , Avropa İttifaqı tərəfindən dəstəklənən Yunanıstan-Bolqarıstan, Bolqarıstan-Rumıniya Rumıniya-Macarıstan qaz şəbəkələrini birləşdirən layihələr böyük əhəmiyyət daşıyır

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin  fikrinə istinad etsək, Azərbaycanın qaz ehtiyatlarının getdikcə artması perspektivdəmavi yanacağın nəqli üçün yeni boru kəmərlərinə ehtiyac yaradacaq

Azərbaycanın digər qaz yataqları da nəzərə alınsa, onu demək olar ki, gələcəkdə bizə yeni qaz ixrac kəmərləri lazım olacaq. TAP-ın potensial genişlənməsi, eləcə Bolqarıstan, Rumıniya Macarıstan ərazisindən Avstriyaya doğru ikinci marşrutun açılması ilə Avropaya qaz ixrac həcmlərinin artması da danılmazdır. Hər iki kəmər marşrutunun inkişaf planları gələcəkdə qaz həcmlərinin artmasının əsasını təşkil edir. Beləliklə, Azərbaycan  yeni təchizat mənbələrininCənub qaz dəhliziilə Avropa bazarlarına çıxışının TAP-la məhdudlaşmayacağı, onun hüdudlarından kənarda da davam edəcəyi gözlənilir

AzərbaycanŞahdənizin ardınca Avropanı əlavə qazla təmin edəcək digər layihələri inkişaf etdirmək əzmindədir. Bu baxımdan, Yaxın Şərq Şərqi Aralıq dənizi hövzəsi Türkiyə ərazisindən keçəcək TANAP iləCənub qaz dəhlizini təchiz etmək potensialına malikdir. Son zamanlarAbşeronyatağında aparılan uğurlu kəşfiyyat işləri ARDNŞ tərəfindənÜmidqaz yatağının kəşfi Xəzər dənizində aşkarlanmış yeni yataqların potensialını aydın göstərir. Bu kəşflər 2020-ci illərin əvvəllərində əlavə qaz həcmləri ixrac etmək imkanı yaradır. Buna görə , Azərbaycana gələcəkdə daha çox ixrac marşrutu lazım olacaq TAP layihəsi ilə bağlı qərar həqiqətən qarşılıqlı mənfəətə əsaslanan yanaşmanın zaman keçdikcə xəyaldan reallığa çevrilməsi deməkdir

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf PiltsŞahdənizKonsorsiumunun keçirdiyi tədbirdəŞahdəniz Mərhələ 2” çərçivəsində hasil olunacaq qazın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə deyib ki, TAP çox önəmli layihədir bu kəmər genişlənmə imkanlarına malikdir. Avropa KomissiyasıCənub qaz dəhliziçərçivəsində seçilmiş icra olunacaq bütün boru kəmərləri layihələrini dəstəkləyir

Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adrian Li ŞahdənizKonsorsiumunun seçimini alqışladıqlarını bildirib, bu seçimi qaz təminatı marşrut müxtəlifliyi baxımından Avropanın enerji təhlükəsizliyinin təminatında vacib mərhələ adlandırıb

Layihəyə digər nüfuzlu siyasi dairələrdən müsbət münasibət göstərilir. -nin enerji məsələləri üzrə komissarı Günter H.Oettinger fikrincə, “mavi yanacağınyeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılması sahəsində Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: “Sistemin TANAP TAP iki qaz boru kəmərindən ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız vardır gələcəkdə daha çox qaz qəbul edəcəyimizə əminəm”.

Öz növbəsində Rusiya tərəfi bu layihənin seçilməsinə görə razılıq edib

ABŞ Dövlət Departamenti isə bildirib ki, TAP qaz kəmərinin yaradılması Avropaya qaz nəqlini diversifikasiya etməyə kömək edəcək ümumilikdə, qlobal qaz təhlükəsizliyini möhkəmləndirəcək. ABŞ-ın Azərbaycandakı səfiri Riçard MorninqstarŞahdənizKonsorsiumunu seçimi münasibətilə təbrik edərək, TAP-ın həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm qlobal müstəvidə qaz təchizatının həcmlərinin artmasına töhfə verəcəyini bildirib.  

Artıq sirr deyil ki, Azərbaycan regional qlobal miqyasda öz çəkisi mövqeyi olan bir dövlətdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu artır, müsbət imici möhkəmlənir. Bu tendensiya demək olar ki, bütün sahələrdəsiyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, mədəniyyət, idman sferalarında özünü göstərir. Heç şübhəsiz, Azərbaycan hazırkı uğurlara birdən-birə nail olmayıb. Müstəqil olduğu 20 il müddətində ölkəmiz bir çox ağır sınaqlarla üzləşib. Lakin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili xarici siyasət kursu ölkənin davamlı stabil inkişafını təmin etdi. 2003- ilədək artıq Azərbaycan bir çox nüfuzlu regional qlobal təşkilatların üzvünə çevrilmişdi. Ölkəmiz beynəlxalq qurumlarla əlaqələri genişləndirmiş, bir çox dövlətlərlə beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli qaydada əməkdaşlıq münasibətləri qurmuşdu

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq siyasi nüfuzunun sürətlə artmasında ölkənin daxili xarici iqtisadi uğurlarının mühüm çəkisi vardır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli faktora çevrilib. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibidir. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat sosial rifah dayanır

Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının artım tempinə görə 2006- ilən başlayaraq dünyada ilk yerlərdə dayanır. Son on ildə Azərbaycanın dövlət büdcəsi 1,5 milyard dollardan 25 milyard dollaradək artıb. Bu müddətdə 20 dəfəyə yaxın artan büdcə xərcləmələri iqtisadiyyatın şaxələndirilməsinə, işsizliyin yoxsulluğun aradan qaldırılmasına, qaçqın məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlığın, özəl sektorun inkişafına, ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə yönəlib. Eyni zamanda, həyata keçirilən abadlıq quruculuq işləri sayəsində Azərbaycanın sürətli inkişafını ölkənin hər bir yerində əyani şəkildə müşahidə etmək mümkündür.  

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın mühüm regional qlobal əhəmiyyətli faktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir

 Bəli,  düşünülmüş enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırır.  Adriatik dənizi ölkələri ilə energetika sahəsində əməkdaşlıq həm Azərbaycan həqiqətlərini bu ölkələrin rəsmi dairələrinə təqdim etmək şansıdır. Afina səfəri məndə xoş təəssüratlarla yanaşı həm bu mənada, həm yaxın  gələcəkdə YunanıstanAzərbaycan münasibətlərinin inkişafına böyük inam hissi yaratdı.

 





23.12.2013    çap et  çap et