525.Az

Yaponiya sahillərində naməlum sualtı qayıq müşahidə edildi


 

Yaponiya sahillərində naməlum sualtı qayıq müşahidə edildi <b style="color:red"></b>

Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbçiləri ölkə sahillərinin yaxınlığında naməlum sualtı qayıq müşahidə edib.

Trend-in məlumatına görə, qayıq ilk dəfə iyunun 18-də Amamiosima adası yaxınlığında hərbi gəmi və patrul təyyarəsi tərəfindən müşahidə olunub.

İki gün sonra, iyunun 20-də həmin sualtı qayıq Yokoate adası sahillərində görünüb.

Yaponiya Müdafiə Nazirliyi sualtı qayığın hansı ölkəyə mənsub olduğu barədə məlumat verməsə də, Çinə məxsus olduğu ehtimal edilir.

 





20.06.2020    çap et  çap et