525.Az

İyunun 21-də Azərbaycana yay fəsli daxil olacaq


 

İyunun 21-də Azərbaycana yay fəsli daxil olacaq<b style="color:red"></b>

Bu il yay fəsli Azərbaycana iyunun 21-i saat 01:43:42-də daxil olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək (Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur).

Həmin gün ən uzun gündüz və ən qısa gecə olur.

Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

 





20.06.2020    çap et  çap et