525.Az

Gündəlik yoluxma sayı 500-ə yaxınlaşır: 191 sağalan, 5 ölən var


 

Gündəlik yoluxma sayı 500-ə yaxınlaşır: <b style="color:red">191 sağalan, 5 ölən var</b>

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 627 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 417.102 test aparılıb.

 





20.06.2020    çap et  çap et