525.Az

Mətbuat katibi Nursultan Nazarbayevin səhhəti barədə danışdı


 

Mətbuat katibi Nursultan Nazarbayevin səhhəti barədə danışdı<b style="color:red"></b>

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

APA-nın xəbərinə görə, bu barədə bu gün N. Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Tengrinews”a məlumat verib.

“Nursultan Nazarbayev özünü yaxşı hiss edir, xəstəliyi simptomsuz keçirir. Onun temperaturu stabildir. Qazaxıstanın birinci prezidenti həkimlərin nəzarəti altındadır. Həkimlərin bildirdiyinə görə, narahatlıq üçün əsas yoxdur”, - deyə A. Ukibay vurğulayıb.

O qeyd edib ki, N. Nazarbayev distant rejimdə çalışmağa davam edir.

 





20.06.2020    çap et  çap et