525.Az

Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında (davamı)


 

Zori Balayanın növbəti sayıqlamaları  və bəzi başqa məsələlər haqqında <b style="color:red">(davamı)</b>

Mənim hazırladığım  9 səhifəlik məktubda deyilirdi ki, Qarabağ qədim Azərbaycan torpağıdır hal-hazırda Azərbaycanın tərkibində olan DQMV-nin siyasi, iqtisadi mədəni hüquqlarına zəmanət verilib. Biz tələb etdik ki, Sov.İKP MK Aqanbekyanın fitnəkar çıxışına qarşı öz münasibətini bildirsin. Məktubu məndən başqa Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Elçin imzaladılar.

Bir neçə gündən sonra Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalov mənə zəng vurdu bildirdi ki, M.Qorbaçov bizim məktubu alıb Azərbaycan yazıçılarını inandırır ki, heç bir sərhəd dəyişikliyi olmayacaq.

Bununla belə, 20 fevral, 1988-ci ildə Stepanakertdə DQMV xalq deputatları Sovetinin növbədənkənar sessiyası keçirildi. Sessiya aşağıdakı məsələni müzakirəyə çıxartdı: “DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılması Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə Azərbaycan SSR Ali Sovetinə Ermənistan SSR-ə xahiş haqqında”.

24 fevral 1988-ci ildə Bakıya gəlmiş Siyasi Büro üzvlüyünə namizəd, P.N.Demiçevin Sov.İKP MK katibi Q.P.Razımovskinin iştirakı ilə MK-da keçirilən müşavirədə mən çıxış etdim.

Əgər konstitusiyaya uyğun muxtariyyət təsdiq olunubsa Azərbaycanın tərkibində Qarabağın bütün hüquqları təmin edilibsə, onda biz tələb edirik ki, Ermənistanda kompakt yaşayan, heç bir inzibati hüquqi təminatı  olmayan 200 min azərbaycanlıya da muxtariyyət verilsin.

Təəssüf ki, bu məsələdə heç kim məni dəstəkləmədi, əksinə bizim rəhbər funksionerlərimizdən biri məzəmmət etdi: “Biz hələ Qarabağ problemini həll etməliyik, sən isə Zəngəzur məsələsini ortaya atırsan”.

O zaman Zəngəzur-Göyçə muxtariyyəti məsələsini qaldırsaydıq, onda müdafiə yox, hücum mövqeyi tutardıq. Bir qədər sonra ermənilər bütün azərbaycanlıları Ermənistandan qəddarcasına qovdular bizim heç bir paritet şansımız qalmadı.

İndi o illərin sənədlərini oxuyanda, xüsusən Qorbaçova məxsus bir sıra mətnlərlə tanış olanda mat qalırsan.

18 iyul 1988-ci ildə Kremldə A.A.Qromikonun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirildi. Çıxış edənM.Qorbaçov dedi:

Burda tez-tez hay-küy salırlar ki, əhalinin tərkibi, demoqrafiya niyə dəyişir. Məlumdur ki, Ermənistanda daha çox azərbaycanlı yaşayır, nəinki Qarabağda erməni. etməli, onda orda da muxtar vilayət yaradaq ( üçün yox?-A.)

Deyin görüm, –Qorbaçov S.Ambartsumyana müraciət edir,-əsrin əvvəlində Yerevanda azərbaycanlı əhali qədər idi?

S.Ambartsumyan-Deməyə çətinlik çəkirəm.

M.Qorbaçov:  Siz bunu bilməyə borclusunuz. Mən Sizə xatırladıraməsrin əvvəlində Yerevanın əhalisinin 43 faizi azərbaycanlılar idi. İndi orda azərbaycanlılar neçə faizdir?

S.Ambartsumyan: İndi çox azdı. Yəqin ki, bir faiz.

M.Qorbaçov: Mən bununla bağlı azərbaycanlıları sıxışdırdıqlarına görə erməniləri günahlandırmaq istəmirəm (?!-A.)

Ermənistan Yazıçılar İttifaqının sədri Vardages Petrosyan Sumqayıt hadisələrini soyqırımı adlandıranda Qorbaçov onun sözünü kəsir.

Soyqırımkor təbii hərəkat deyil, təşkil edilmiş, irqçi siyasətdir. Sumqayıtda cəmiyyətin tör-töküntüləri azğınlıq ediblər. Siz üçün quldurların  cəhdlərini bütün Azərbaycanın adına yazmaq istəyirsiniz? Hansı soyqırımdan söhbət gedə bilər? Siz ki, sözün çəkisini, sözün olduğunu bilirsiniz. Elə böhtanlar atırsınız ki, sonra bütün ömrünüz boyu buna təəssüflənəcəksiniz.

Qarabağ qarşıdurmasının başlanması ilə erməni millətçiləri paytaxt mediasında Moskva hakimiyyət strukturlarında ideoloji təxribatla yanaşı onlar üçün ənənəvi metoda-terrora da əl atdılar. 16 sentyabr 1988-ci ildə Tbilisidən Bakıya gedənİkarusavtobusunda saat mexanizmi ilə işləyən bomba patlatdılar. Beş nəfəro cümlədən südəmər körpə həlak oldu, aralarında qadınlar uşaqlar olan 27 nəfər ağır yaralandı.

Bakı metrosunda partlayış törədən terroristləri Zori Balayan şəxsən özü təlimatlandırıb. Metroda həlak olanların arasında məşhur cazmen Rafiq Babayev var idi. Bu yalnız erməni quldurlarının Azərbaycan ərazisində törətdikləri çoxsaylı aksiyalardan iki nümunədir.

Müəyyən əhəmiyyət kəsb etdiyinə görə Ali Sovetdəki çıxışlarımdan bir neçə parça təqdim edirəm:

Ermənistan KP MK-nın orqanıKommunistqəzetinin bu il 20 oktyabr tarixli nömrəsindən sitat gətirirəm: “Hər hansı sivilizasiyalı dövlət öz ərazisində yığcam halda yaşayan millətlər xalqlar üçün əlverişli şərait, o cümlədən onlar üçün muxtariyyatın bu ya digər formasını vermək yolu ilə şərait yaratmağa çalışmalıdır”.

Gözəl sözlərdir. Azərbaycanda bu düzgün fikir DQMV-nin yaradılması ilə həyata keçirilmişdi, bəs üçün arzu etməyək ki, Ermənistan qovduğu azərbaycanlı vətəndaşlarını yenidən öz qoynuna alsın zivilizasiyalı dövlət kimi onlara milli muxtariyyatın bu ya digər formasını yaratsın”.

18 noyabr 1989-cu il tarixli çıxışdan:

DQMV ilə əlaqədar, qəribə dəlil gətirirlər: “ üçün bir xalq başqa bir xalqın tabeçiliyində yaşamalıdır?” Bəs onda öz yerli respublikalarında sakin olmayan 60 milyon sovet insanı necə olsun? “RSFSR-nin tərkibinə daxil olan Muxtar respublikalar vilayətlər tabeçilikdəmi yaşayır? Bütün respublikalarda yaşayan ruslar başqa respublikalarda yaşayan azərbaycanlılar nəhayət Gürcüstanda kompakt halda, RSFSR-, Orta Asiya respublikalarında məskunlaşmış ermənilər muxtariyyatsız necə yaşayırlar? Orda ayrılmaq məqsədiylə öz müqəddəratını təyin etmə məsələsi gündəmə gətirilmir, tabeçilikdən sərhədlərin dəyişdirilməsindən söhbət getmir. Maraqlıdır: muxtariyyatın yoxdursa, bu başqa xalqa tabeçilik sayılmır, ancaq muxtariyyatın varsa, partiya, siyasi-inzibati, ictimai institutların varsa,  öz mətbuatına öz dilində televiziyaya, Ali Sovetdə deputat kvotasına maliksənsəbu-tabeçilik hesab olunur. Düşünürəm ki, Azərbaycanın hüdudlarından kənarda kompakt yaşayan, heç yerdə, heç bir milli muxtariyyatı olmayan azərbaycanlılar belətabeçilikdənimtina etməzdilər”.

Erməni təbliğatının yaxşı düşünülmüş yalanları sayəsində, Ali Sovetdə , SSRİ Xalq Deputatları qurultaylarında da, xüsusilə kütləvi informasiya vasitələrində bizim bədxahlarımız, vəziyyəti obyektiv qiymətləndirən insanlardan daha çoxdular. Erməni təbliğatı ilə ( çox vaxt pulla) ələ alınmış qəzet killerləri bütünlükdə bizim xalqa qarşı amansız hücumlar edirdilər.

Publisist Andrey Nuykin hətta Azərbaycan xalqını cəllad, azərbaycanlıları isə Türkiyənin casusları adlandırırdı. Görünür Z.Balayan Moskva həmkarlarının başını da türk xofu ilə yaman dumanlandırıb. NuykinəQoqolun şineli Suslovun qaloşlarıməqaləsi ilə cavab verməli oldum. Məqalədə deyilirdi:

“...Bir sözlə, heç bir türk casusuna məlum olmayan şeylər, təkcə Nuykinə əyandır. O, öz yazısında Türkiyənin ən məxfi planlarınıaçır”. Guya Türkiyə ermənilərin Qarabağda sıxışdırılması siyasətinin təşəbbüskarı, ideoloqu təşkilatçısıdır. Belə çıxır ki, Türkiyə bu məxfi niyyətlərini həyata keçirmək naminə azərbaycanlıları Qarabağdan, hətta Dağlıq Qarabağa daxil olmayan yeddi Azərbaycan rayonundan bütünlüklə, təkrar edirəm BÜTÜNLÜKLƏ ermənilərin əliylə qovdurub. Nuykinin fikrincə, bu hələ xırda şeylərdi, başlıca məsələ ondadır ki, azərbaycanlılar, türklər eləcə digər türk xalqları məhz bu yolla Böyük Turan yaratmaq qərarına gəliblər. 

Panturkizm vahiməsi  necə uzunömürlü imiş, hər növ fitnəkarların əlində necə kəsərli silahmış.

Bununla əlaqədar olaraq üçünsə yadıma Dostoyevski düşür, əla anlayıram ki, Dostoyevski ilə Nuykini müqayisə etmək günahdır. Bu məqamda Dostoyevskini yox, onun qəhrəmanlarından biriniyada salmaq olar, məsələ Smerdyakovu.

Dostoyevski Qoqolun şinelindən, “Pravdanın keçmiş əməkdaşı Nuykin isə Suslovun qaloşundan çıxıb. Çıxıb ki, bu dəfədemokratikqaloş geyinsin. Amma görünür,  yoldaş Suslovunaparatçılarınındüşüncə tərzləri, üslub leksikaları asanlıqla aşılan hədd deyil. Qoqolun şinelindən çıxmaq mümkündür, Suslovun qaloşundan çıxmaq isə çox çətinmiş. Hər halda, cənab Nuykin orda özünə əsaslı surətdə yer eləyib”.

            1 mart, 1995, “Exo”.

BMT-nin üzvlüyünə daxil olması, Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. Həbslərə, sürgünlərə, edamlara məruz qalan neçə-neçə  Azərbaycan nəsilləri bu müqəddəs amal naminə hər bir fədakarlığa getdilər istəklərini gerçəkləşdirdilər. dərhal da, dəfələrlə olduğu kimi azadlığın sevinci ruh yüksəkliyi yeni faciə ilə təlx oldu. 1990- ilin məşum Qara Yanvar gecəsindən sonra 26 fevral 1992-ci ildə Azərbaycan xalqı başqa bir dəhşətli faciə yaşadı-Xocalı şəhəri bütünlüklə məhv edildi. “Xocalı haqqında həmişə hadisələri qabaqlayan ilk fitnəkar xəbər Türkiyədə meydana gəldisöyləyən Zori  Balayan yenə yalan danışır. İlk dəfə bu faciə barəsində Azərbaycan Yazıçılar İttifaqının müraciəti dərc olundu, özü Moskvanınİzvestiyaqəzetində.

İsvestiyaya bu günlərdə (26 fevralda) Azərbaycan yazıçılarının Dağlıq Qarabağda ermənilər tərəfindən Xocalı şəhərinə edilən silahlı basqınla əlaqədar keçmiş SSRİ-dəki həmkarlarına müraciəti daxil olub.

“...Bütün şəhər, minlərlə sakini ilə birlikdə məhv edilib, –bu sənəddə belə deyilir, –minlərlə insan həlak olub, minlərlə insan yaralanıb ömürlük şikəst olub, yerlə-yeksan olan evlərindən qovulan minlərlə insan itgin düşüb.... Əgər erməni quldurları tərəfindən yandırılan Azərbaycan kəndlərinə analoq olaraq Liditseni, Xatını, Sonqmini yada salırdıqsa, Xocalı dəhşətini Xirosima faciəsi ilə müqayisə etmək yerinə düşür. Bəli, yeddi milyonluq Azərbaycan üçün onminlik şəhərin məhv edilməsielə bir dərin yaradır ki, bunu yalnız çoxmilyonlu Yaponiya üçün ikiyüzminlik Xirosimanın faciəsi ilə müqayisə etmək olar”.

İzvestiya” 4 mart 1992 

Mənim essemZori Balayanın növbəti sayıqlamaları bəzi başqa məsələlər haqqında ...” adlanır. İndi mən istəyirəm ki, “bəzi başqa məsələlərmövzusuna aydınlıq gətirəm. Çünki Zori Balayan Azərbaycana nifrətpərəstlik meydançasında tək deyil. Azərbaycana düşmənçilikdə Zori Balayana züy tutanlardan biri Yelena ŞuvayevaPetrosyan adlı birisidir.

2000-ci ildə İsveçrədəOBSS”-nin təşəbbüsü ilə ingilis, alman rus dillərindəGələcək Qafqazın müdafiəsi. Barış axtarışındakitabı nəşr olunub. İsveçrə, AFR, Avstriya, Norveç, Lixtenşteyn hökumətləri bu kitabın sponsorlarıdır. Təşəbbüskarların təklifi ilə kitabda Qafqazdan olan ya Qafqaz problemi mövzusu ilə məşğul olan 26 müəllifin bölgənin sabahına aid yazıları toplanıb. Azərbaycan Məmməd İsmayılınQafqaz necə olmalıdırməqaləsi mənimKamançanın saflaşdıran fəryadıessemlə təmsil olunub. Həmin mətndən bir neçə parçayla  erməni tərəfinin buna qarşıözünəməxsusreaksiyası ilə Sizi tanış edirəm.

Artıq hərbi döyüşlərə keçən bu qanlı toqquşmaların konseptual əsası ondadır ki, beynəlxalq kodeksdə iki əsaslı prinsipəölkənin ərazi bütövlüyü onun sərhədlərinin toxunulmazlığına bir tərəfdən baxılır, bu ölkələrdə yaşayan milli azlıqların özünütəyin etməsinə başqa bir tərəfdən. Bu prinsiplərin hər ikisi, münaqişəyə cəlb olunmuş bölgələrin bütünlükdə sülhün stabilliyi üçün, şübhəsiz  ki, son dərəcə vacibdir. Sərhədlərin, onların hüdudlarının hər hansı bir şəkildə dəyişdirilməsi yalnız həmin ölkə üçün yox, həm digər dövlətlər üçün presedentin, nümunənin yaradılmasıdır. Zəncirvari reaksiya bütün dünyanı partlada bilər. Digər tərəfdən, böyüklüyündən ya kiçikliyindən asılı olmayaraq, hər hansı bir millətin, öz adət-ənənələrini, özünəməxsusluğunu öz mədəniyyətini, dilini, iqtisadi quruluşunu, mentalitetini qorumaq  cəhdlərini başa düşmək lazımdır.

Milli azlıqların kompakt yaşadığı ölkələrdə ən yüksək statuslu, geniş hüquqlar verən muxtariyyət qanunauyğundur. Azərbaycan Dağlıq Qarabağa məhz belə   bir status təklif edir hər dəfə rədd cavabı alır. Baş vermiş fakta kənar qüvvəyə  arxalanan rədd cavabı. Yeri gəlmişkən, Ermənistan ərazisində kompakt yaşamalarına baxmayaraq ordan qovulan 200 min azərbaycanlı hansısa formada muxtariyyəti heç ağıllarına da gətirə bilməzlər”.

Daha sonra məqalədə C.MəmmədquluzadəninKamançapyesi yada salınır.

Qarabağ fəlakətinin qanlı səhnələrinin dəhşətli təfərrüatı ilə tanış olarkən, mən həmişə ümid yeri tapmışam ki, (bəlkə bu son ümiddir), haçansa hamıermənilər , azərbaycanlılar da kamançanın səsini, onun qəmli melodiyasını, onun fəryadını dinləyəcəklər bir-birinin dərdini anlamağa mane olan varsa hamısından təmizlənəcəklər. bununla da kamançanın yanıqlı səsi nəhayət ki, topların gurultusunu, tankların nəriltisini batıracaq. Axı, hər xalqın simləri daş ürəkləri titrətməyə qadir belə bir aləti var. Birində o kamança adlana bilər, başqalarında Çexovun Potşild skripkası”.

Demək istədiyim o idi ki, Çexovun məşhur hekayəsində ən qəddar  ürəkdə belə insani duyğular oyadan Potşild skripkası ya nifrətdən, qısasçılıqdan,zülmdən güclü olan Mirzə Cəlil kamançası barışıq melodiyası səsləndirərək, müasirlərimizin qəlbinə rəhm gətirə bilər. Amma mənim bu ümidlərimə baxmayaraq, nifrətdən o dərəcədə kor olmuş insanlar meydana çıxdı ki, heç bir xoş niyyətlə onlara isə anlatmaq mümkün deyil. Yelena Şuvayeva-Petrosyan elektron nəşrdə yer almışAzərbaycansayağı humanistlikmaterialında mənim İsveçrədə üç dildə yayımlanmış essemiaşağı əyarlıəsər adlandıraraq yazır: “Bu da təəccüblü deyil, xüsusi istedadlara malik olmayan  bu ölkədə, gah özgə xalqların istedadlarını (Nizamini, Xaqanini, hətta türk dilində iki cüt bir tək mahnısı olan Sayat Novanı)  mənimsəyirlər, ya da özlərinə məxsus zəif yazılarla qürurlanırlar”.

Gözəl Yelenanın ağız köpüyü kimi fışqıran sözünü bir anlığa saxlayaq ən azı bu haşiyəyə görə onun yalanını açaq. Nizamini Xaqanini rahat qoyaq, bizim vicdansız rəqiblərimizdən başqa bütün dünya onları Azərbaycan şairi kimi tanıyır əlbəttə onlar öz xalqları üçün madam Petrosyanın sübut etmək istədiyi kimi yad deyillər. Yeri gəlmişkən, onu Marietta Şaqinyanın böyük Azərbaycan dahisi Nizami  Gəncəviyə həsr edilmiş əsəri ilə tanış etmək pis olmazdı. O ki, qaldı Sayat Novaya, burda hər şey tam əksinədir. Belə ki, etnik erməni olan bu aşıq erməni dilində yalnız bir neçə mahnı yazıb, onun yaradıcılığının əsasını Azərbaycan dilində, bizim aşıqlarının təsiri ilə yazdığı qoşmalar, gəraylılar bir qism gürcü dilində yazdığı şeirlər təşkil edir. Tamamilə rasist (daha doğrusu faşist) mövqeyindən Şuvayeva-Petrosyan Azərbaycanı xüsusi istedadları ilə seçilməyən ölkə adlandırır. Belə olan təqdirdə başa düşmək olmur, bəs üçün ermənilərxüsusi istedadları olmayan” –xalqın musiqisiniÜzeyir Hacıbəyovun məşhurArşın mal alanoperettasından tutmuş müasir bəstəkarların əsərlərinə kimi- daima çırpışdırmaqla məşğuldurlar. Mən hələ erməni musiqi bəstələyənlərinin əsərlərində səslənən Azərbaycan xalq musiqisindən, muğamlardan danışmıram.

Şuvayeva-Petrosyan daha sonra yazır:

Almanaxın mərkəzi yerini yazıçı Anarın çox müzakirə olunan, (bax budurGözəl Yelena cin atına mindirən, budur mətləb) Azərbaycan xalqının humanistliyini göstərənKamançanın saflaşdıran fəryadıessesi tutur”.

Şuvayeva-Petrosyanın sırf erməni metodu ilə yalan saxtakarlıqla dolu çuğullamasından iri parçalar gətirməyə məcburam. Beləliklə, E.Şuvayeva-Petrosyan yazır:

Əsərin əsasında (“Kamançanəzərdə tutulur) Qarabağda müharibə durur. Dəhşətli döyüş zamanı (?!-A.) Azərbaycan hərbçilərinin dəstəsi erməniazadmartiklərininbir qrupunu əsir alır ki, onların arasında bir kamançaçalan var. (Buazatmartiklər olan şeydi, onların qrupu haqqında da, dəhşətli döyüş haqqında da, mətndə yazılmayıb heç kim , heç kəsi əsir almayıb-A.)

Müvəqqəti sakitlik zamanı komandir əmr edir ki, bütün əsirləri güllələsinlər (deyilənlər yalandırA) kamançaçalanı isə çağırır yanına xahiş edir ölümqabağı çalsın. Alətin son sədaları kəsiləndə, Azərbaycan dəstəsinin komandirimənim ürəyimi üzmə” (?-A.) sızlamasıyla erməni kamançaçalanını azad buraxır. Azərbaycan ədəbiyyatının boş çölündə budur Azərbaycanhumanistliyi”! Görünür, beyinləri çatmır dərk etsinlər ki, prinsipcə burda öyünməli bir şey yoxdur”.

Üfunət qoxulu yazıdan ona görə belə iri parça təqdim etdim ki, bizim opponentlərin, internet istifadəçilərini oxucuları aldatmaq üçün necə yalan saxtakarlıqlara əl atdıqları görünsün. Əlbəttə,  Petrosyandan tələb etmək olmaz ki, C.Məmmədquluzadənin dərin mənalı   son dərəcə insani pyesi ilə tanış olsun. Savadı olsaydı heç olmasa öz doğma ədəbiyyatını oxuyardı bilərdi ki, Sayat Nova əsasən hansı dildə yazıb. Bununla yanaşı o, heç olmasa, qara qəlbininin bütün zəqqumunu kağıza tökməmişdən qabaq mənim essemi diqqətlə oxusaydı, çalışardı ki, öz qərəzini bu qədər açıq, yalan formasında ifadə etməsin, axı dəhşətli döyüş, erməni dəstəsi pyesdə ( təbii ki, mənim yazımda da) yoxdur, heç birazatmartikqrupu da əsir düşmür Şuvayeva Petrosyanın uydurduğu kimi, heç kim onları güllələmir. Pyesdə , mənim ona verdiyim şərhdə yalnız bu kənddən o birinə gedən tək-tənha qoca kamançaçalan var. o da azərbaycanlıların dağlardakı dəstəsinə rast gəlir. Dəstə üzvlərinin, demək olar ki, hamısının ailə üzvlərigözəl Yelenanınhumanizminə aludə olanazadmartiklərtərəfindən amansızcasına məhv ediliblər.

Bütün ailəsi Petrosyanınazadmatrikləri tərəfindən qətlə yetirilmiş dəstə başçısının bir anda ürəyindən keçir ki, intiqamını bu qoca kamançaçalandan alsın. Amma bu qəzəbi birdən-birə onun ifasını dinləmək istəyi əvəz edir. Hər iki xalq üçün eyni dərəcədə yaxın olan musiqinin Şuvayeva-Petrosyanların daş qəlblərini tərpətməyən nəvaların ifası zamanı dəstədəki döyüşçülərin yaddaşında ötən günlər canlanır dəstənin dərdlərindən qovrulan başçısı qocaya əmr edir ki, dərhal kamançasını da götürsün burdan itilsin, yoxsa o, onu da öldürər, özünü . Bəli, xanım Şuvayeva-Petrosyan, budur azərbaycansayağı humanizm. Özü dırnaq arasında yox, sözün birbaşa mənasında sizin qəddarlıqdan qaxsımış beyninizə nifrətdən mərhəmətsizləşmiş ürəyinizə yabançı olan azərbaycansayağı humanizm, hətta sənə sağalmaz yaralar vurmuşları da bağışlamaq bacarığı. Bu o deməkdir ki, insanlar Şuvayeva Petrosyan Zori Balayan kimi fitnəkarları cəzalandıracaq, nəhayət ki, qonşu xalqlar bütün sədləri aşaraq sülh razılıq içində yaşamaq imkanı tapacaqlar. İsveçrədə çap olunmuş beynəlxalq kitab da məhz bu ideyalardan qaynaqlanıb. “Gözəl Yelenanın nəzərinə onu da çatdıraq ki, Azərbaycan ədəbiyyatının həyat verən tarlasına heç vaxt həsədin, yalanın, nifrətin toxumları səpilməyib səpilməyəcək. bizim beynimizdə xroniki olaraq Şuvayeva Petrosyanın Zori Balayanın hədyanları kimi mələz düşüncələr yaranmayacaq.

Mənim balayanlarla şuvayeva petrosyanlarla polemikam əsla erməni xalqına münasibətimin göstəricisi deyil. Erməni millətçilərinin ünvanına dediyim sərt sözlərdə bütünlükdə erməni xalqına qarşı qərəz kimi qəbul olunmamalıdır. Mənim əks cavablarımın tonu Azərbaycana qarşı hücumların, tonuna, ruhuna, sərtliyinə uyğundur. Mən zəhmətsevər erməni xalqını qiymətləndirirəm, mədəniyyət, elm sahəsində nailiyyətlərini qəbul edirəm. Martiros Saryanın rəssamlıq əsərlərinə, Aram Xaçaturyanın musiqisinə, Sergey Paracanovun filmlərinə, Qrant Matevosyanın nəsrinə Sirun, sirunxalq mahnısına rəğbətimi heç zaman gizlətməmişəm indi   gizlətmirəm. Amma bununla belə lap körpəlikdən erməni düşüncəsinə yeridilən azərbaycanlılara türklərə qarşı nifrətlə, qisasçılıqla, böhtanla heç zaman barışmayacağam. Mən şübhə etmirəm ki, Ermənistanda dünyanın ermənilər yaşayan müxtəlif ölkələrində, kifayət qədər düşüncəli insanlar var ki, indiki siyasi kursun balayan ekstremizminin, hər şeydən öncə erməni xalqına qarşı olduğunu üçün hakimiyyətə məhz Qarabağ avantürasının təşkilatçılarının gətirildiyini dərk edirlər. Bu səbəbdən , öz hakimiyyətlərini saxlamaq üçün onlar heç zaman bu məsələnin ədalətli faydalı həlli ilə razılaşmayacaqlar.

Amma bununla belə, mən ümid bəsləyirəm ki, tez, ya gec erməni milli şüurunda belə bir fikir baş qaldıracaq ki, qonşularla əbədi münaqişədə yaşamaq olmaz. Ermənilər harada yaşayıblarsa ya o məkanda sığınacaq tapıblarsa, oranı əzəli erməni torpağı adlandırmağa o yerlərə ərazi qamarlamaq iştahı ilə göz dikmək olmaz. Yüz illər öncə qarşılıqlı qəddarlıqlar olan yerdə, həqiqəti uydurmalardan ayıran arxivlərin açılmasından ehtiyatlanmaq, bütün cinayətlərdə daima qonşu xalqı günahlandırmaq,  ərazi iddialarından əl çəkməmək eyni zamanda, əlaqələrin normallaşmasını təklif etmək məntiqsizdir. Allah erməni xalqını daşnak mərəzindən  xilas etsin.

Z.Balayan daima Türkmənçay müqaviləsinə istinad edir. Həmin sənədə istinad edən ifrat İran şovinistləri Azərbaycan xanlıqlarını, o cümlədən, İrəvan xanlığını İrana qatmağı tələb edirlər. Görəsən, Zori Balayanın istədiyi nədirErmənistan elə indi olduğu kimi Rusiyanın hərbi forpostu kimi qalsın İranın bir vilayəti olsun?

Rusiyanın köməyi ilə  Türkiyəni parçalamaq onun ərazisində erməni dövləti yaratmaq ideyasının ideoloqlarından Daşnakstyunun liderlərindən biri olan Ov.Kaçaznuni bihudə eyforiyalardan sonraDaşnakstyunun artıq bir işi qalmayıbadlı xarakterik başlığı olan kitabında  yazıb:

“1914- ildə könüllü erməni dəstələri yaradıldı türklərə qarşı hücumlara başladı...-Kaçaznuni belə yazır əlavə edir-bu məsələyə görə kimin məsuliyyət daşıdığını söyləmək əbəsdir. Əgər könüllü dəstələrin meydana gəlməsi yanlış addım idisə, ən böyük yanlışlıq onun nəticələri siyasi istiqamətdə təbii davamı oldu ki, bunun da kökünü uzaq keçmişdə axtarmaq lazımdır. Erməni xalqının gücünü, onun siyasi, hərbi əhəmiyyətini həm bizə rus köməyini həddindən artıq şişirtdilər. Ümidlərimizi intizarımızı da təbii olaraq həddindən artıq qabartdılar... Bütün bunlar erməni xalqına ölümcül zərbə vurdu”.

Bu acı ayıq sözləri balayanpetrosyanların zaman-zaman yenidən oxumaları pis olmazdı.

Noyabr, 2013.

 

 





23.12.2013    çap et  çap et