525.Az

Göygöl rayon Məşğullluq Mərkəzinin direktoru işdən çıxarıldı


 

Göygöl rayon Məşğullluq Mərkəzinin direktoru işdən çıxarıldı<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon Məşğullluq Mərkəzinin direktoru Nazim Cəfərovun işdən azad edilməsi barədə yayılan məlumat doğrudur. Həmin vəzifəyə Gəncə şəhər Kəpəz rayon Məşğulluq Mərkəzinin direktor müavini Rəfat Məmmədov təyin edilib.

Bunu APA-nın sorğusuna cavabında Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, Nazirliyin fəaliyyət sahələrində aparılan köklü islahatlar bu sahələrdə idarəetmə və əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın təminatına, inzibatçılığın təkmilləşdirilməsinə, sosial proqramların uğurlu icrasına, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin səmərəli təşkilinə xidmət edir.

Öz fəaliyyətini bu islahatlara uyğun qura bilməyənlər, tapşırılan vəzifəni tələb olunan səviyyədə yerinə yetirməyənlər, xüsusilə vətəndaşlara xidmət sahəsində ciddi nöqsanlara yol verənlər yeni kadrlarla əvəz edilirlər.


 

 





22.06.2020    çap et  çap et