525.Az

“İƏT-də birlik həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir”


 

“İƏT-də birlik həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir”<b style="color:red"></b>

“COVID-19 pandemiyasının çətin şərtlərində beynəlxalq birlik bundan sonra təcavüz və işğalın nəticələrini daha da möhkəmləndirmək məqsədilə beynəlxalq münasibətlərin hazırkı vəziyyətindən istifadə etmək istəyənlərin səylərinə qarşı durmaqda xüsusi hazır olmalıdır”.

XİN-dən APA-ya verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə virtual görüşündə çıxışı zamanı deyib.

“Bu baxımdan İƏT çərçivəsində birlik və birgə fəaliyyət həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir və bununla da pandemiya nəticəsində vurulan ciddi zərərin azaldılmasında və beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında birgə gücümüzü artırır”, - deyə E. Məmmədyarov vurğulayıb.

 





22.06.2020    çap et  çap et