525.Az

Parisdə II Dünya müharibəsində həlak olan azərbaycanlıların xatirəsi yad edilib


 

Parisdə II Dünya müharibəsində həlak olan azərbaycanlıların xatirəsi yad edilib<b style="color:red"></b>

Faşizm üzərində tarixi Qələbənin 75 illiyi münasibətilə Paris yaxınlığında Noye-Sen-Marten şəhərində yerləşən naməlum əsgərin abidəsi qarşısında anım tədbiri keçirilib. Anım tədbirində azərbaycanlı əsgərlərin xatirəsi anılıb və dövlət himnimiz səsləndirilib.

AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu il də Fransadakı səfirliyimizin diplomatları anım tədbirinə qoşularaq, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsini ehtiramla yad ediblər.

Səfirliyimizin müşavirləri Vaqif Ağayev və Eldar Məmmədov “Naməlum əsgər” abidəsi önünə əklil qoyublar. Bir dəqiqəlik sükutla azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib.

Anım tədbirində Noye-Sen-Marten şəhərinin meri, prefekti, eləcə də Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Serbiya kimi keçmiş sovet respublikalarının Fransadakı səfirləri iştirak ediblər.

Qeyd edək ki, adətən 9 May - Qələbə Günündə keçirilən anım tədbirinin vaxtı bu il COVID-19 pandemiyasına görə dəyişdirilib.

 





23.06.2020    çap et  çap et