525.Az

Dramaturgiyamızda qəhrəman axtarışı


 

Dramaturgiyamızda qəhrəman axtarışı<b style="color:red"></b>

Əli Əmirli

XX əsrin sonu çağdaş əsrimizin əvvəlində yaranmış sosial  mədəni vəziyyət teatr dramaturgiya sisteminə güclü təsir göstərməklə yanaşı onların ifadə vasitələrini bədii dilini müəyyənləşdirdi. Bu keçid dövründə həm köhnəni, həm   yenini birləşdirən estetik plüralizm təsdiqləndi ki, bu da özünü mədəni hadisələrin çoxmənalılığında göstərdi. Azərbaycan ədəbiyyatının estetik paradiqmalarının yenilənməsi, onun ənənələrinin, dilinin, üslubunun, janr modellərinin dəyişməsi dramaturgiyanın ənənəvi poetikasına da təsirsiz ötüşmədi. Dəyərlərin yenidən qiymətləndirilməsi  keçmiş ideallara normalara yenidən baxmaq ehtiyacı yaratdı. Nəticədə dramaturqlar öz qəhrəmanlarının həyat modellərinin yeni versiyalarını təklif etdilər. Hətta hadisə dəyərlərə münasibətdə meydana yeni bir ovqat, yeni bir intonasiya çıxdı. Bu intonasiya dəyişikliyi ilk növbədə Elçin, Kamal Abdulla, Afaq Məsud,  Firuz Mustafa, Elçin Hüseynbəyli   bu sətirlərin müəllifinin teatr yaradıcılığında özünü göstərdi, hətta dramın  ənənəvi poetikası az ya çox dərəcədə dəyişikliyə uğradı. Başqa sözlə, adlarını çəkdiyimiz yazıçıların dramaturji yaradıcılığı bir küll halında son dövrlər Azərbaycan dramaturgiyasının yönünü istiqamətini, inkişaf meyillərini müəyyənləşdirdi. Bir ya iki əsərlə çıxış edib kifayət qədər uğur qazanan müəlliflər var ki, onların əsərləri daha çox əyalət teatrlarında oynanır. Bununla belə ölkədə müəyyən teatr mühitinin yaranmasında onların da şəksiz rolları var,  amma mən burda fəal ardıcıl şəkildə dramaturgiya ilə məşğul olan əsərləri daha çox ölkənin baş teatrındaAkademik Milli Dram Tetarında oynanılan dramaturqların yaradıcılığına diqqəti yönəldirəm.

Təbii ki, zaman  keyfiyyətcə dəyişdikcə ona uyğun olaraq, qeyd etdiyimiz kimi dramaturgiyanın özü onun ən vacib komponenti olan qəhrəmanlar da dəyişir, yeni xüsusiyyətlər qazanırlar. Bu günkü azərbaycanlı Sovet dövrü azərbaycanlısı olmadığı kimi, müasir dramaturgiyamızda  görünən, əksini tapan  insanlar da fərqlidir. Yeni iqtisadi münasibətlər yeni insan tipləri yetişdirir. Deməli dramaturgiyayaformasiyalar, yaxın keçmiş tarix, həmin tarixin formalaşdırdığı ənənələr, iqtisadiyyat, siyasət, çağın mənəvi-əxlaqi doktrinləri, insanları, xarakterləri, temperamentləri, idealları problemləri” (A.Talıbzadə) tərəfindən  diqtə edilən tam yeni keyfiyyətli qəhrəman tipləri tələb olunurdu, hətta bu məcburi idi. Çünki hər bir peşəkar dramaturqa məlumdur ki, pyesi pyes eləyən məhz qəhrəmandır, həm müəllifin özünün təbiidir ki, tamaşaçının sevdiyi qəhrəman. Bəs sevilən qəhrəman necə olmalıdır?

Məlumdur ki, Çexovun mənəvi idealı hərtərəfli ya harmonik inkişaf etmiş insandır. Buna baxmayaraq onun hətta ən sevimli qəhrəmanları sırasında belə elə bir qəhrəman yoxdur ki, onun haqqında hər şeyisiması, qəlbi, geyimi, fikir niyyəti gözəldir deyə bilək. Çexovun əksər qəhrəmanları, bəlkə hamısı real həyatın tələbləri ilə ayaqlaşa bilməyən zəif, qətiyyətsiz, yumşaq, dramaturqun öz dili ilə desəknedotepatəsiri bağışlayırlar. Elə dramaturqun son ən hissiyyatlı əsəri olanAlbalı bağı yada salmaq kifayətdir. Bəs onda bu zəif, hətta zavallı qəhrəmanlar niyə sevilirlər? Yenə həmin sual: sevilən qəhrəman necə olmalıdır?  Otuza yaxın pyesin yüzdən çox ən müxtəlif səviyyəli teatr premyeralarının müəllifi kimi öz təcrübəmdən çıxış edib əminliklə deyə bilərəm ki, qəhrəman hər şeydən əvvəl təbii, canlı, maraqlı bir qədər qeyri-adi olanda sevilir. O öz danışığı, ədaları, vərdişləri ilə dərhal seçilməlidir, bəzən parodoksal əməllərdən replikalardan belə istifadə etməlidir. Adətən təzəcə tanış olduğun adamın diqqətini çəkmək üçün etməlisən? Əlbəttə, onu maraqlandırmalısan. Məsələn, “Siz görürsünüz?” sualına iki cür cavab:

Mən reklam şirkətində mühasib işləyirəm.

Mən ayda iki dəfə əlli adamı xoşbaxt, birini bədbaxt edirəm.

Şübhəsizdir ki, bu dialoqdan sonra bizim ikinci adama marağımız artacaq.

Əslində o özü mühasibdir, amma bunu biz bilməyənə qədər sirr olaraq qalacaqdır. Elə bu sirrin özü heç nəylə maraqlı olmayan , darıxdırıcı bir mühasibi maraqlı bir adama çevirir. Deməli, qəhrəmanın hər şeydən əvvəl bir sirri olmalıdır. Necə ki Maqbet bilir ki, onu yalnız qadının doğmadığı bir kəs öldürə bilər. Bunu ona əcinnələr demişdi, amma ana bətnindən doğulmayan o kəsin kimliyini Maqbet, tamaşaçı bilir. Bu sirr əsərin lap sonunda açılır: təkbətək döyüşdə Maqbet Makdufa elan edir ki, sən məni öldürə bilməzsən,  məni yalnız ana bətnindən doğulmayan birisi öldürə bilər. Cavabında  Makduf da deyir ki, o kəs elə mən özüməm, məni anam doğmayıb, məni qeysəriyyə əməliyyatı ilə anamın bətnindən çıxarıblar. Elə bu da Maqbetin ölməzlik inamını sındırır o Makdufun əlində qətlə yetirilir.

Bəs onda bugünki Azərbaycan dramaturgiyasında qəhrəmanların vəziyyəti necədir?

Bəzən olur ki, xalqın taleyində,  ölkənin müqəddəratında  möhtəşəm rolu olan, tarixi yazan yox, tarixi yaradan,  hamının böyük insan, uzaqgörən siyasətçi, rəhbər kimi tanıdığı şəxsiyyətin bədii obrazını yaratmaq istəyi yaranır dramaturqda. Əlbəttə  istəmək çətin deyil, amma bu istəyi reallaşdırmaq qələminə inam, cəsarət ilk növbədə həmin şəxsiyyətə  böyük məhəbbət nəticəsində mümkündür. Geniş diapazonlu istedada malik Aqşin Babayev dramaturgiyada yeni deyil, onun əsərləri Bakı Sumqayıt teatrlarında, habelə  ölkənin əksər rayon teatrlarında tamaşaya qoyulub, Azərbaycan televiziyasında bir neçə əsəri əsasında televiziya filmləri çəkilib geniş tamaşaçı auditoriyası qazanıb. Aqşin Babayevin Heydər Əliyev mövzusuna müraciət etməsi isə bir az əvvəl dediyim kimi ulu öndərə, hər şeydən əvvəl, böyük məhəbbət sayğının nəticəsidir. Söhbət dramaturqunXilaskarəsərindən gedir. Bildiyimə görə Heydər Əliyevin bədii obrazını səhnəyə gətirən ilk dramaturq da elə Aqşin Babayevdir.

Xilaskarjanrına görə bədii-publisistik dramdır. Heydər Əliyev, yəni əsərin qəhrəmanı səhnədə az görünsə , bütün baş verənlər onun şəxsiyyəti adı ətrafında cərəyan edir. Pyesdəki hadisələr böyük siyasətçinin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı ərəfəsinə, Azərbaycanın yaxın tarixinin çox mürəkkəb, ziddiyyətli  bir  zaman kəsiyinə təsadüf edir. Əsərin uğuru ilk növbədə Aqşin Babayevin çox mürəkkəb olan həmin dövrdə qaynar hadisələrin içində olması bu hadisələrin iştirakçılarını yaxından izləyə bilməsi ilə bağlıdır. Heydər Əliyevin adı qarşısında onu istəyənlərlə istəməyən azlıq  arasındakı ziddiyyətləri, dramatik tarixi məqamları, yumşaq desək bir neçə sifəti olan insanları  ən müxtəlif şəkildə göstərən müəllif dramatik, komik məqamlardan,  qələminə məxsus incə yumordan, habelə yeri gələndə satira, şarj qroteskdən  belə çəkinmir. bütün baş verənlər, çəkişmələr, dartışmalar, deyişmələr Heydər Əliyevin səhnədə, tribunada görünməsi ilə donur, qurbağa gölünə daş atılır. Tarixi həyat həqiqəti bədii həqiqətə çevrilir. Bütün mübarizələr, çək-çevirlər qəhrəmanın  qələbəsi ilə başa çatır, amma dramaturq tamaşaçıya hiss etdirir ki, əsl qələbə üçün hələ qədər mübarizələr aparmaq lazım gələcək, bir şəxsiyyətin qüdrəti ilə ölkə dəhşətli kataklizmlərdən yan keçəcək,  möhtəşəm tarixi işlər görüləcək.

Pyesdə dramaturq Heydər Əliyev şəxsiyyətinə layiq monumental bədii obraz yarada bilib. Təsadüfi deyil ki, “Xilaskarbir neçə teatrda, o cümlədən Sumqayıt İrəvan teatrlarında uğurla tamaşaya qoyulub. İrəvan teatrının tamaşası isə ölkənin bütün rayonlarında, habelə Türkiyə Gürcüstanda da nümayiş etdirilib. Hazırda əsər üzərində Lənkaran teatrında gedir.

Müasir Azərbaycan dramaturgiyasında şübhəsizdir ki, xüsusi yeri olan Xalq yazıçısı Elçinin səhnə əsərlərində qəhrəman problemi uğurla həllini tapır. Müasir dövrümüzün səhnə dramaturgiyası  üçün maraqlı olan əlamətləri yuxarıda qeyd etmişdik. Hesab edirəm ki, Elçin çoxsaylı pyeslərində ən müxtəlif mövzularda ən müxtəlif xarakterli qəhrəmanlar yaradır həmin qəhrəmanların timsalında tamaşaçıya son iyirmi ildə xeyli dəyişikliklərə uğramış yeni Azərbaycan adamının  bədii obrazını nümayiş etdirir. Bir dramaturq kimi  Elçinin məşhurQatil  pyesini çox sevir, yüksək qiymətləndirirəm. Bu pyes öz bədii keyfiyyətlərinə yüksək teatrallığına görə haqlı olaraq məhəlli sərhədləri çoxdan aşıb.

Əsərdə bir neçə obrazın olmasına baxmayaraq mənim üçün bu pyes iki nəfərinkişi qadının, konkretləşdirsək, tənha kimya müəlliməsi ilə onun keçmiş şagirdi arasında baş verən qəmli, tragik sevgi dramıdır, amma bu adi sevgi dramı deyil, bu hərəsi bir cür bədbəxt olan iki insanın faciəsi, acı taleyidir.

Dramaturji qanunlara görə sevilən qəhrəman qədər güclü olsa da, onun mütləq bir zəif yeri, nöqsanı olmalıdır bunu tamaşaçı görməli, bilməlidir, o zəifliyə görə narahatlıq keçirməlidir,  əks halda tamaşaçı qəhrəmanın səhnə həyatına arxayınlıqla yanaşacaq, ona görə heç bir narahatlıq keçirməyəcək, onun qələbəsini labüd biləcək.  Bu da aydındır ki, tamaşaçı qəhrəmana görə qorxu keçirməyəcəksə deməli, həyəcan da olmayacaq. Otellonun zəifliyi qısqanclığında ən çox da dərisinin qara olmasındadırsa, Samsonun zəifliyi  onun  uzun saçları ilə bağlıdır. Samsonun gücünün saçında olmasını bilən tamaşaçı daim narahatlıq keçirir. Kefli İskəndərin zəifliyi isə reallıqla hesablaşa bilməməsində   araq şüşəsinə aludə olmasındadır, ona görə sözünün urvatı yoxdur. “Qatil isə qəhrəmanınkimya müəlliməsinin zəifliyi onun tənhalığındaydı, bu tənhalıqdan qurtulmaq üçün onun qəlbi, bəlkə hər cür sevgiyə açıqdı, bu açıq qapıdan içəri kim girsəydi mütləq seviləcəkdi, deməli, onun zəif yeri elə sevgiyə möhtac olmasındaydı. Maraqlıdır ki, tamam fiaskoya uğrayan qadına tamaşaçı qədər acısa da, onun faciəsinə səbəb olan rəzil Oğlana  nifrət hissi  birmənalı deyil, çünki onun da öz həqiqəti bütün əməllərinə bəraət qazandıran arqumentləri yox deyil. Fikrimcə Elçinin hər iki qəhrəmanının uğuru elə bundadır, yəni qəhrəmanların ruhi-mənəvi aləmləri birqatlı deyil. Hər iki qəhrəman yüksək dərəcədə bədii dramaturjidir. Müasir zamanımızın adamları, qəhrəmanlarıdır.

Qatildəki münasibətlər zəncirinin   birmənalı olmaması onun  müasirlik  aktuallıq keyfiyyətlərini saxlamasına şərait yaradır. Bu səbəbdəndir ki, “Qatilyazıldığı tarixdən bu günə kimi teatr səhnələrindən düşmür. Ölkənin əksər teatrlarında bir sıra xarici ölkələrdə tamaşaya qoyulur. Elə onu demək kifayətdir ki, əsər Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin quruluşunda  iki dəfə səhnələşdirilib hər iki tamaşa çox  fərqli olmaqla böyük uğura imza atıb. FikrimcəQatilin bu dərəcədə uğurlu alınmasında dramaturqun  qəhrəman problemini düzgün həll etməsi ilə birbaşa bağlıdır. Sevilən qəhrəmanın taleyi tamaşaçını biganə qoya bilməz.

Azərbaycan teatr həyatında istedadlı nasir Afaq Məsudun dramaturgiyaya gəlməsi əlamətdar hadisədir, həm ona görə ki, Afaq xanımın səhnə əsərlərində tamaşaçı yeni məzmunlu, yeni sözlü məramlı qəhrəmanlarla tanış olur. DramaturqunYuğTeatrındakı debütündən sonra Akademik Milli Dram Teatrında tamaşaya qoyulanQatarın altına atılan qadındramı diqqəti məhz öz qəhrəmanı ilə çəkir. Əsərdə müəllif üçün hadisələr o qədər önəm daşımır, əsas olan əsərin ekstravaqant qəhrəmanı Gültəkin Sarabskayanın özüdür. Elə qəhrəmanın bu teatral adı çox şey deyir: teatr onun xoşbaxtlıq məkanı, bütün həyatının, sevgilərinin, qələbə məğlubiyyətlərinin hamıya aşkar meydanıdır.

Gültəkin Sarabskayanı müəllif tamaşaçıya reallıqla irreallıq arasında çaşıb qalmış, öz kimliyini, şəxsiyyətini oynadığı rolların arasında itirmiş təbiidir ki, kənarda, yəni teatrdan uzaqda yaşamaq halında olmayan birisi kimi təqdim edir. İki saatlıq vaxt ərzində böyük zəngin bir həyat yaşamış, şöhrətin şirinliyini,  unudulmağın acısını o ki var dadmış bir qadınınsənətkarın acı taleyini görürük. Sarabskaya o sənətkarlardandır ki, həyatını ölüm yatağında başa vurmaq istəyindən çox-çox uzaqdır, o məhz aktrisa kimi səhnədə ölmək istəyir. Afaq xanımın qəhrəmanına  həqiqi səhnədə ölmək qismət olmasa da, o, Şeksprin dediyi  həyat səhnəsində məhv olur. Bu tamaşanın müəllifi rejissoru da bu dəfə unudulmuş aktrisanın özüdür. Teatrsız  mehvərini itirib real həyat yollarında azmış aktrisa  Anna Karenina yolu ilə gedərək xilasını   qatarın altına atılmaqda görür. Bir fərqlə, əgər Anna özünü, primitiv götürsək Vronskiyə görə öldürürsə, Gültəkin Sarabskaya özünü  səhnəyə qurban verir, çünki əsil aktrisa üçün səhnəsiz, teatrsız ömür bitmiş kimidir, axı o mühasib deyil ki, yaşı çatanda  təqaüdə çıxıb qalan ömrünü sakit yaşasın. Zatən teatrdan kənar düşən  aktrisanı xoşbaxt görmədik.

Azərbaycan dramaturgiyasında yeni qəhrəman axtarışı Kamal AbdullanınHamı səni sevənlər burdaəsərində özünü daha qabarıq göstərir. Bu əsər tarixi mövzuya özünəməxsus, hətta subyektiv yanaşması ilə diqqəti çəkir. Çoxdan mifə çevrilmiş, daşlaşmış abidə timsalında olan Şah İsmayıl Xətaini əsərinə  qəhrəman gətirən müəllif şah şair, başqa sözlə hökmdar sənətkar problemini bir obrazınŞah Xətainin simasında səhnəyə çəkir. Əsərin ən maraqlı vacib xətti belədir: Şah İsmayıl öz bənzərini axtarır həmin bənzər Xətai təxəllüsü ilə şeirlər yazan sadə bir insandır. Döyüşdə həlak olan əsil şahın yerində onun bənzəri şair Xətai, təbii ki, Şah İsmayıl Xətai kimi əyləşir. Bu sirri bilən bir kəs vardısa o da döyüşlərdə itkin düşmüş Lələdir, bu məqam bəlkə o qədər əsas deyil, süjeti bağlamaq üçündür. Əsas olan odur ki, şair taleyin oyunu ilə hökmdara çevrilir. təbiidir ki, idarə üsulunda şair əsil şah kimi davrana bilməz. Bu pyesin necə deyərlər əsasanekdotudur kifayət qədər maraqlıdır. Amma Kamal Abdulla üçün Afaq Məsudda olduğu kimi əsas olan hadisə deyil, qəhrəman, onun psixoloji durumu, gərginliyi, tərəddüdləri, zaman məkan dəyişmələrində dramaturqun fəlsəfi yozumlarıdır. Elə tamaşaçı üçün məhz pyesin bu məqamları maraqlıdır: yeni keyfiyyətlərlə zəngin qəhrəman; birmənalı olmayan qəhrəman; məqsədi taleyi olan qəhrəman. Ümumiyyətlə Kamal Abdullanın dramatik qəhrəmanları yazıçının nəsrində olduğu kimi daima fikirlər, sözlər, tərəddüdlər düşüncələr burulğanında çabadadırlar. Dramaturgiyaya bugünki Azərbaycan tamaşaçısına bu tipli qəhrəmanlar dərəcədə doğmadır, bu başqa söhbətin mövzusudur.

Müstəqillik dövrü Azərbaycan dramaturgiyasında qəhrəman axtarışı  kimi  böyük bir mövzunun bizə məlum konturlarını cızdıq. Bədii məzmununa, aktuallığına, bədii həqiqətinə sənətkarlıq keyfiyyətlərinə görə çox fərqli olan 4 əsər üzərində problemin şərhini, qısa təhlilini verməyə çalışdıq dediklərimizdən bu qənaətə gəldik ki, müasir Azərbaycan dramaturgiyasında yeni qəhrəman axtarışı təzə başlasa da, bu sahə əsasən düz yoldadır. Hər halda haqqında danışdığımız əsərlərin qəhrəmanları bunu inamla deməyə  imkan verir.

 





23.12.2013    çap et  çap et