525.Az

Meksikada 7,1 maqnitudalı zəlzələ oldu, sunami həyəcanı elan edildi


 

Meksikada 7,1 maqnitudalı zəlzələ oldu, sunami həyəcanı elan edildi<b style="color:red"></b>

Meksikanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat yayıb.

Seysmoloqların bildirdiyinə görə, zəlzələnin episentri Oaxako ştatının Krusesita şəhərindən cənub-şərqdə, 12 kilometr dərinlikdə yerləşib. Şəhərdəki təkanlar yüngül hiss olunub. Sakinlərə hələ mənzillərinə keçmək tövsiyə olunmayıb.

ABŞ-da Sunami təhlükəsi haqqında milli Mərkəz zəlzələdən sonra Meksikanın, Salvadorun və Qvatemalanın qərb sahilləri üçün sunami həyəcanı barədə məlumat yayıb.

 





23.06.2020    çap et  çap et