525.Az

Con F.Kennedi: "Mərdliyin profilləri" (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: "Mərdliyin profilləri" <b style="color:red">(davamı)</b>

Lakin o hamı üçün, Birləşmiş Ştatların siyasəti üçün qanunverici qanadlardan ən mühümü olmalı idi. Federalist partiya xarici siyasətə görə ayrılanda, Tomas Cefferson (Corc Vaşinqton hökumətində ilk xarici işlər naziri, ölkənin üçüncü prezidentitərcüməçi) Kabinetdən istefa verdi ki, öz ardıcıllarını təşkil etsin, bu vaxt Senat icra qanununu tənqid edən foruma çevrildi Prezidentin öz baxışlarını bölüşdüyü onun qarşısında cavabdehlik daşıyan adamlardan ibarət olan Kabinet icra şurası rolunu öz üzərinə götürdü. Digər pretsedentlər artıq Senatı Evi bölmüşdü. 1789-cu ildəSenatorların nəzakət qaydasıSavanna limanının qulluqçusu kimi Bencamin Fişbornun təyin edilməsini, o, Corciyadan olan Senatorlar tərəfindən qəbul edilməz hesab edildiyinə görə, rədd etdi. Bundan bir qədər sonra, xüsusi komitələr ilk dəfə olaraq administrasiyanın siyasətini fəaliyyətini təhqiq etməyə başladı. elə həmin ili Senatın icra şurası olmasının mümkünsüzlüyü, Şimali-Qərbi Hindu Müqaviləsinin Senatla Vaşinqtonun onun müdafiə nazirinin müzakirəsi vaxtı açıq şəkildə üzə çıxdı. Senator Makley digərləri qorxulu qaydada (bunu o, gündəliyində ifadə edir) “Prezidentin Senatın başına çıxmaq imkanını arzu etdiyiüçün elə bir məsələ axtardı ki, komitə seçsin. Makleyin verdiyi məlumata görə Prezidentzorakı qaydada qıcıqlandırmaya başlayır..., narazılıq havası ilə (geri çəkilir). Bunu başqa bir adam etsəydi mən deyərdim ki, bu, hirslənmiş adamın hərəkətidir, onu isə mən dünyanın birinci şəxsiyyəti kimi qiymətləndirmək istəyirəm”.

Tədricən Senat öz üzərinə daha çox qanunverici orqanın xüsusiyyətlərini götürdü. 1794- ildə qanunvericilik sessiyaları vaxtı ictimai qalereyalara müntəzəm olaraq daxil olmaq hüququ verildi; 1801-ci ildə qəzet müxbirləri ora buraxıldı 1803- ildən Senat kimin öz zalına gələ bilməsi imtiyazına malik olması məsələsini müzakirə etdi. Konqressmenlərə, səfirlərə, departament başçılarına qubernatorlara bura gəlməyə icazə verildi, lakinqadınlarbarədə necə olsun? Senator Rayt mübahisə edirdi ki, “onların iştirakı xoşdur müzakirələrin canlanması üçün lazımdır, çıxış edənlərin arqumentlərini cilalayır onların davranışlarını mülayimləşdirir”. Lakin Con Kvinsi Adams öz puritan açıqürəkliliyinə görə, bu hadisə sonralar əlavə qeyd ediləcəkdir, buna belə cavab verdi ki, qadınlarSenatda səs-küy salacaq qarışıqlıq yaradacaqlar, debatlar onların diqqətini cəlb etməyə yönələcəkdir” (“QadınlarınSenata buraxılması söhbəti 12 səsə qarşı 16 səslə uduzuldu, baxmayaraq ki, bu istisna edilmə siyasəti sonrakı illərdə davam etdi, yalnız müasir dövrlərdə öz həllini tapdı).

Həmçinin Senatorlara gündə (sessiya günlərindən söhbət gedirtərcüməçi) 6 dollar məbləğində maaş verilirdi onların imtiyazlarına, iyləmək üçün tütündən ötrü olan gümüş qutudan istifadə etmək daxil idi, bu aristokratik adət onu göstərirdi ki, ilkin Senat qəribə qaydada öz yerindən kənarda idi. Həmin vaxt, 1800- ildə Vaşinqton adlanan, mübarizə meydanı olan kiçik kənd paytaxt şəhərinə çevrildi, bu, Nyu-Yorkdakı Filadelfiyadakı müvəqqəti paytaxtlardan kəskin surətdə fərqlənirdi. Senatdakı formal protseduralar qalmışdı, baxmayaraq ki, Vitse-Prezident Aaron Barr Hamiltonu dueldə öldürdükdən sonra (1804- ildə Nyu-Yorkun qubernatorluğuna namizəd olan Barra qarşı Hamilton əks-təbliğat aparırdı hücumlarını seçkidən sonra da davam etdirirdi, buna görə baş tutan dueldə Barr Hamiltonu öldürmüşdütərcüməçi) Senat bəzi biabırçılıq, pis şöhrət obyektinə çevrilmişdi, dəfələrlə Senatorlara öz yerlərində alma tort yediklərinə görə müzakirələrə fasilə verildikdə adətən var-gəl etdiklərinə görə, qaydaya əməl etmələri iradı bildirilmişdi. Con Kvinsi Adams öz gündəliyində qeyd edir ki, onun kolleqalarından bəzilərinin çıxışlarıo qədər yabançı o qədər küt idi ki, onlar elə təsir bağışlayırdı ki, yalnız spirtli içki içməkdən biabır olan üzvlər kimi tanınmalarını ifadə etmək istəyirlər”. Lakin əslində Senat Nümayəndələr Palatasına nisbətən daha böyük ləyaqətə malik idi, Palatada isə üzvlər iclas zalında başlarında şlyapa olmaqla oturur, ayaqlarını stolun üstünə qoyur, onlar Roanokdan olan Con Randolfun gümüş mahmızlı çəkməsi ilə ayaqlarını geniş ataraq addımlamasını müşahidə edirdilər. O, yanında at çapmaq üçün istifadə etdiyi qamçısını gəzdirirdi, arxasınca düşən ingilis tazısı onun stolunun altında yatırdı qapı mühafizəçisini çağırırdı ki, ona yenə spirtli içki gətirsin, çünki o, öz opponentlərinin üzərinə qəzəbli hücumlara başlamağa hazırlaşırdı.

Buna baxmayaraq, Nümayəndələr Palatası həqiqətən kifayət qədər müzakirə orqanı olmaq üçün hələ kiçik idi, ancaq bizim hökumətin ilk üç onilliyi ərzində siyasi    qüdrət şərtlərində Senatı kölgədə qoyurdu. Medison demişdi ki, “gənc adam dövlət xadimi kimi öz nüfuzunu yüksəltmək istəyən şəxs olmaqla o, özünə rəva bilmirdi ki, Senatda yer tutmaq təklifini qəbul etsin”, Senatın debatları ictimai rəyə az təsir göstərirdi. Senatorların çoxu öz yerlərini verirdilər ki, Nümayəndələr Palatasının üzvü olsunlar ya digər ştatı təmsil etsinlər, hansısa yerli vəzifə tutsunlar Senat dəfələrlə işinə fasilə vermişdi ki, Palata debatlarını öz üzvlərinin dinləməsinə icazə versin.

Gündəliyi daha yaxşı məlumat verən senator Makley nəyisə kəskin şəkildə göstərsə belə, həmin erkən Senat barədə söhbət açır, dəfələrlə onun səfeh bayağı sessiyalarından şikayətlənir. Bir şahid kimi o, 1790- ilin 3 aprelində özünün ora daxil olmasını təsvir edir: “Zala yollandım. Dəqiqələr oxunuşa sərf edildi. Birləşmiş Ştatlar Prezidentindən alınan məlumat sədrə verildi. Biz hər yarım saatdan bir baxır gülürdük fasilə elan edilirdi”.

Lakin Senat icra şurası kimi rolunu itirirdi Nümayəndələr Palatasının qanunvericilik prosesinə daha bərabər əsasda qoşulurdu, həmçinin açıq şəkildə aydın olurdu ki, nəcib qaydada yaradılan heç bir konstitusional təhlükəsizlik, bu müzakirələrə siyasi seçici təzyiqlərinin müdaxiləsinin qarşısını ala bilməyəcəkdir. Makley ona nifrət edirdi ki, “daha nəcib şərəfin, daha yüksələn müdrikliyin daha saf alicənablığın kolleqalarının hər bir hərəkətini işini idarə etməsinin yerini onun gözlədiyi kimitəməl eqoizm tutur...”. Bizim idarə etməmiz aldadılan rəylərin sadə sistemidir: “Bu yolla mənə səs ver mən həmin yolla sənə səs verəcəyəm”. Hamiltonun xaric etməyə ümid etdiyi xurafat daha da intensivləşdi, xüsusən Yeni İngiltərənin (Yeni İngiltərəABŞ-ın tarixən təşəkkül tapmış rayonunun şimal-şərq hissəsinin adı idi, bunu 1614- ildə ingilis kapitanı Con Smit təklif etmişdi. Bura 6 ştat, o cümlədən Massaçusets ştatı daxildirtərcüməçi) federalistləri Virciniyanın ceffersonçuları kimi sektsiyalar, tərəfdarlar xətti üzrə bir-birindən ayrıldı. Ştat qanunvericiləri əvvəllər nifrət bəslədiklərikütlələrinartan qaydadakı məsuliyyət daşıyıcılarına çevrildilər, səsvermə üçün mülkiyyət faktorları aradan qaldırıldı, öz Senatorlarına seçicilərinin siyasi təzyiq göstərilməsitəlimatçılarınüzərinə düşdü. (Ölkədə köhnə Puritan şəhərindəki mitinqlərdə açıq şəkildə tətbiq edilməyə başlanmış icad olmaqla, bu, Massaçusets Baş məhkəməsinə göndərdiyi nümayəndələrini belə tədbirlərlə təlimatlandırırdılar ki, “paytaxtı qüsurlu şəhər olan Bostondan uzaqlaşdırsınlar”, istənilən addımı atsınlar ki, mümkün qədərleqal professiyanı ləğv etsinlər”, borcluların öz borclarını ödəməyinin qarşısınıköhnə paslanmış tüfəng lülələri ilə alsınlar, bu isə köhnə dəmir kimi işləyənlər müstəsna olmaqla, heç kəsə xidmət etmir”). Bəzi Senatorlardan həmçinin tələb edildi ki, öz ştatlarının qanunvericiliyinə qayıtsınlar, paytaxtda Venetsiya elçiləri qaydasında öz idarəçilikləri barədə məlumat versinlər.

Bu, Senatda bizim idarəetmə konsepsiyasında, iki partiyalı sistemin böyüməsində, demokratiyanın fermalara, sərhədlərə Amerika Birləşmiş Ştatlarında gedən dəyişiklik zamanı idi. Çevik olan adamlar dəyişən cari ictimai rəydə hərəkət edən onların üstündə çapan adamlar öz şərəfini, qanunvericilik nailiyyətlərinə nisbətən Senatın ləyaqətində axtaran adamlaronlar belə dövrlər üçün olan adamlar idilər. Lakin Massaçusetsdən olan gənc Con Kvinsi Adams belə adam deyildi.

II

Con Kvinsi Adams

Magistrat xalqın deyil,

Allahın xidmətçisidir

    

Massaçusetsdən olan gənc Senator müzakirə hay-küy salanda öz kürsüsündə ara vermədən vurnuxurdu. Yarısına qədər dolmuş Senat zalı onun Massaçusets kolleqasının qışqırmasına yaxşı qaydada əks-səda verirdi. Senator Pikkerinq prezident Cefersonun 1807-ci il Ticarət Embarqosunu məhkum edirdi, buna görə yüzüncüdən biri kimi görünürdü. Küçədə həzin yanvar yağışı, adamı boğaza yığan Vaşinqton kəndini bataqlığa çevirirdi. Massaçusetsdən gələn stolunun üstünü örtən məktubları növlərə bölən Con Kvinsi Adamsın gözünə tanış olmayan bir əl yazısı sataşdı, zərfdə qaytarılma ünvanı yox idi. İçində isə yaxşı xəttlə yazılmış bircə kağız var idi Senator bu məlumatı büküb, zərfi stolunun yeşiyinə qoymamışdan əvvəl iki dəfə oxudu:

Lutsifer (Yerə düşən mələk, şeytantərcüməçi), Sübh danının oğlu, sən necə yıxılmısan! Biz ümid edirik ki, bir daha düzəlməyən qaydada. Ey Adams, sənətinin olduğunu xatırla. Massaçusetsə qayıt! Öz vətəninə qayıt. Onun dağıdılmasına kömək etmə! Nəticələri nəzərə al! Ayıl vaxtında qalx!

Federalist

Federalist! Adams bu sözün üstündə acı şəkildə düşündü. Məgər o, axırıncı Federalist Prezidentin oğlu deyilmi? Məgər o, Federalist administrasiyaları dövründə xaricdə diplomatik xidmətdə olmamışdımı? Məgər o, Federalist kimi Massaçusets qanunvericiliyinə sonra Birləşmiş Ştatlar Senatına seçilməmişdimi? İndi o, sadəcə olaraq partiyadan sektsiyadan yuxarıda milli mənafeyi qoymuşdu. Ona görə federalistlər onu tərk etmişdilər. O, fikirləşirdi ki, onların ittiham etdiyi kimi mən onları heç tərk etməmişəm, əksinə onlar məni tərk etmişlər.

Mənim siyasi perspektivim tənəzzülə uğrayır (o, həmin gecə öz gündəliyində yazmışdı) mənim xidmət müddətim öz sonuna yaxınlaşır. Mən daim ona gəlib çıxıram ki, özəl vətəndaş şəraitimi bərpa edim. Bu hadisəyə görə ancaq ümid edirəm ki, mənim ağlım kifayət dərəcədə yaxşı hazırlanmışdır. Bu vaxt mən dua edirəm ki, hər şeyin yaxşı olduğu dəqiq bəxt vergisinin asılı olduğu ruh məni o vəzifəni yerinə yetirməyə qadir edir ki, ölkəm üçün əsl xidməti seçim bu o deməkdir ki, mən heç vaxt ictimai davranışımda öz borcumdan başqa hansısa bir düşüncə ilə idarə olunmamışam”.

Bu mərd Senatorun heç sadəcə hissləri deyildir, onlar həmçinin Puritan dövlət xadiminin sözləridir. Con Kvinsi Adams bu qeyri-adi növün böyük nümayəndələrindən biri idi, o, bizim hökumət üzərində həyat yolumuz üstündə yaddan çıxmayan nəqş qoyub getmişdir. Yeni İngiltərənin qayalıq kənd yerinə bənzəyən, sərt itaətə boyun əyməyən bir adam olmaqla, belə təbiəti dünyaya böyük miqyasdakı münasibətini rəngləndirmişdi. Puritan buna Amerikan Respublikasının ilkin günlərinin ardıcıllığı xarakteri mənasını verir. Yaradana qarşı məsuliyyətinin ayıq hissi, onun gündəlik həyatının hər bir fazasında özünü göstərirdi. O, inanırdı ki, insan Allahın obrazında yaradılmışdır bununla o,  idarəetməyin qeyri-adi tələbləri ilə özünün bərabər olduğuna inanırdı. Puritan azadlığı qanunu sevir; o, ştatın hüquqlarının fərdi hüquqların yerini müəyyən etmək dühasına malik idi, onlar isə yenidən barışmalı idilər. PuritanınCon Kvinsi Adamsın onun sələflərinin intellekti Corc Frisbi Hoarın dediyi kimi:

dəqiq etik müzakirəyə yarayırdı, ümumi həqiqətlərə baxmaqda aydın idi, tələbi debatı sevirdi, lakin hiyləgər olan ümumi hissə nüfuz edir onu tutub saxlayırdı... O, məqsəd inadkarlığına, yumşaq kövrəklikdən uzaq olan mərdliyə, əyilməyən iradəyə malik idi, o, heç vaxt insan antoqonizmi, sürgün olunmaq, işgəncə ya ölüm qarşısında qorxaqlıq etmir titrəmir”.

     (Ardı var)

 





23.12.2013    çap et  çap et