525.Az

Dünyada Yeni ili belə qarşılayırlar...


 

Dünyada Yeni ili belə qarşılayırlar...<b style="color:red"></b>

Yeni il müxtəlif ölkələrdə eyni qarşılanır.

Lakin fərqli ölkələrdə fərqli şəkildə ...

Bir sıra ölkələrdə Yeni il özünəməxsus ənənə qəribəliklərlə qarşılanır...

Dostuna daş hədiyyə edən kim,  evə buğda atan kim, bir-birinə qonaq gedən kim, bilim, daha ...

 

GƏLİN, HƏMİN ÖLKƏLƏRƏ BİRLİKDƏ "SƏYAHƏT" EDƏK...

 

İtaliya

 

İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ qalmaqdadır. Küçədən keçənlər üçün heç təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə  bir o qədər sərvət gətirə bilər.

Böyüklər köhnə ev əşyalarını küçəyə atmaqda ikən uşaqlar bütün Yeni il gecəsi  evin buxarına diqqət kəsilirlər. Məhz buxarıdan evə nağıllardakı sirli-möcüzəli  Befan gəlməli uşaqların ayaqqabılarına çoxdan gözlənilən hədiyyələrini qoymalıdır.

 

Fransa

 

Bir çox  Fransa əyalətlərində  bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi orada bayram sürfəsindən qoğal ya bulka qoyur. Bu  bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında  qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər.

 

Almaniya

 

Elə ki, saatlar gecəyarını vurur, müxtəlif yaş təbəqəsinə aid insanlar masa, stul, kresloya minir son saat zəngi çalınanda birlikdə Yeni ilə atlanırlar.


 
İngiltərə

 

İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə ticarətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni il axşamı ingilislər ənənəvi pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər - çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər olur.  Odur ki, pudinq lotereya kimidir, kimə yaxşı, kimə pisi  düşür. 

 

Şotlandiya

 

Şotlandiyada Yeni il ərəfəsində çəlləkdə qətran yandırır çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir.

 

İrlandiya

 

Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram süfrəsi ətrafında ən şərəfli yerdə oturdacaq şirin şəraba qonaq edəcəklər. belə bir sağlığa "Bu evdə bütün dünyada sülh naminə" badə qaldıracaqlar.  O birisi gün bayramın dostlar tanışlar arasında qeyd olunması adətdir.

 

Rumıniya

 

Bu ölkədə Yeni il axşamı süfrəyə içərisində kiçik sürprizlər-qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur. Qoğalda üzük tapılarsa, bu, o deməkdir ki, Yeni il çoxlu xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə sürfə arxasına toplaşanları yalnız güldürəcək.


 
Bolqarıstan

 

Elə ki Yeni il təqvimə qədəm qoyur, saatın son zərbəsində Bolqarıstanda bütün evlərdə bir neçə dəqiqəliyə işıqlar  söndürülür. Yeni il öpüşmələri başlayır.

 

 Macarıstan

 

Bu ölkədə Yeni il günü uşaq tütəkləri,  fit almaq hədiyyə etmək dəbdir. Xalq inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qova, evə sevinc firəfanlıq gətirə bilər.

 

Moldova

 

Moldovada Yeni ildə qonaqlar gözlənilən evlərdə buğda səpmək qəbul olunub. Hesab olunur ki, bununla  Yeni ildə bol məhsul firəvanlıq olacaq.

 

Yunanıstan

 

Yeni ili qarşılamaq üçün qonaqlığa gedən Yunanıstan sakinləri özləri ilə daş götürür onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər- "Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun". Yox, əgər daş kiçikdirsə, onda  "Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun"deyirlər.

 

 Hindistan

 

Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini , qırmızı, cəhrayı bənövşəyi çiçəklərlə  bəzəyirlər. Ölkənin mərkəzində evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında  od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.

 Birma

 

Birmada Yeni ildə yoldan keçənlər bir-birini su ilə isladaraq uşaqlar kimi sevinirlər. Yeni il gecəsi bu ölkədə çox isti olur.

 

 İndoneziya

 

Bali adasında Yeni il 10 gün qeyd olunur. Allahların şərəfinə burada rənglənmiş  düyüdən "yeməli" sütun düzəldirlər.  Düzdür, bu yeməli sütundan allahlara bir şey qalmır.    Bayramdan sonra sütunlar sökülür, düyünü isə evə aparırlar.

 

 

Vyetnam

 

Bu ölkədə Yeni ili düyü yeməyi ilə qarşlayırlar. Yeni il axşamı canlı balığı çaya ya gölməçəyə buraxırlar. İnanca görə, balığın belində Allah üzür, o Yeni il günü səmalara çəkilir orada Yer üzündə insanların necə yaşamasından danışır. Bu gecə küsülülər barışır.

 

Monqolustan

 

Monqolustanda Yeni ilə heyvandarlıq bayramı il bir vaxta təsadüf edir. Buna görə bu ölkədə Şaxta baba  çobandır. Həmin gün monqollar müxtəlif idman yarışları keçirir, xüsusən cəldlik mətinlik  üzrə konkursları sevirlər. Bu gün həm at yarışı keçirilir.

 

Kuba

 

Kubada Yeni il gecəsi saat yalnız 11 dəfə vurur. 12-ci zərbə Yeni ilə düşür, bir saat istirahətə  verilir hamı  birlikdə bayramı sakitcə qeyd edir. Gecə yarı kubalılar pəncərədən küçəyə su atırlar, Yeni ilin su kimi daha da aydın təmiz olmasını arzu edirlər.

 

 Haiti

 

Bu ölkədə Yeni il yeni həyatın başlanğıcını simvolizə edir. Buna görə onlar bu həyatı yaxşılaşdırmağa çalışırlar. Onlar küsüşdükləri şəxslərlə barışır, mebellərini təmir edir, yenisini alır, dəyiş-düyüş edirlər. 

 

 Kolumbiya

 

Kolumbiya küçələrində Yeni ilə bir gün qalmış küçələrdə əllərində əldəqayırma iri oyuncaqları olan çoxsaylı insanlara rast gəlmək mümkündür. Bu oyuncaqlar köhnə ili simvolizə edir. İnsanlar oyuncağa ötən ildə onlara bəxş olunmuş yaxşı şeylərə görə minnətdarlıq edirlər köhnə illə vidalaşırlar.

 

Argentina

 

Əgər İtaliyada köhnə ev əşyalarını küçəyə atırlarsa, Argentinada Yeni il gecəsi o qədər təhlükəli deyil, lakin gözlənilməz "yağış"altına düşmək mümkündür. Yerli ofis işçiləri bu yolla özlərinin köhnə təqvimlərindən, kağız-kuğuzlarından, müxtəlif lazımsız maklaturadan qurtulurlar. 

 

Braziliya

 

Braziliyada Yeni ilin gəlişini çox gözəl qarşılayırlar. Çimərliklərə minlərlə şam gətirir, onları yandırır qum üzərində qoyurlar. Braziliyalı qadınlar uzunətəkli geyimlərdə əllərində gül dəstələri okeana girir gül ləpələrini suya atırlar.

 

Avstraliya

 

Uzaq Avstraliyada Yeni il günü çox isti havadır, ona görə Şaxta baba qonaqlığa xəz paltoda deyil,  "plavkidə" gəlir. Düzdür, hələlik Şaxta baba saqqaldan uzundimdik şapkadan  üzülüşə bilməyib. Buna baxmayaraq, maral dərili xizəyi nağılbaz  baba serfinq taxtasına dəyişib.

 

Tərtib edəni: 

Əlihüseyn ŞÜKÜROV

Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin Mətbuat, informasiya ictimaiyyətlə mərkəzinin rəhbəri
 





25.12.2013    çap et  çap et