525.Az

Ehsan xan Kəngərli-Naxçıvanski hərbi rəssam Maşkovun rəsm əsərində


 

Görkəmli sərkərdə I Ehsan xan Kəngərli-Naxçıvanski hərbi rəssam, akademik Maşkovun rəsm əsərində

Ehsan xan Kəngərli-Naxçıvanski hərbi rəssam Maşkovun rəsm əsərində<b style="color:red"></b>

Musa QULİYEV RƏHİMOĞLU

AMEA NAXÇIVAN BÖLMƏSİ
tarix üzrə fəlsəfə doktoru

 

Rus batalist rəssamı (döyüş mənzərələrini təsvir edən rəssam) V.Maşkov (1792-1839) iki dəfə Naxçıvana gəlmişdir: birinci dəfə 11-12 may 1817-ci il tarixdə İrana gedən Rusiya elçiliyinin rəhbəri A.P.Yermolovun diplomatik heyətində, ikinci dəfə isə 1827-ci il iyun ayının 27-. O, 1816-1818-ci illərdə İrandakı Rusiya səfirliyində, 1827-1829-cu illərdə isə qraf İ.Paskeviçin döyüşən ordusunda hərbi xidmətdə olmuşdur. V.Maşkov Naxçıvanda olduğu bu illərdə (ikinci dəfə Naxçıvanda müharibə başa çatanadək qalmışdır) naturadan eskizlər etmiş, sonra bunların əsasında akvarel ilə tarixi illüstrasiyalar çəkmişdir.

Qeyd edək ki, V.Maşkov birinci dəfə Naxçıvana gələrkən rəsmlər çəkmişdir. A.Yermolov istefaya gedəndən sonra Oryolda Moskvada yaşamışdır. V.Maşkovun həmin illərdə aparılan müharibələrdə çəkdiyi rəsm əsərlərinin çoxunu A.Yermolov özü ilə aparıb kolleksiya yaratmışdır. O, 1861-ci ildə Moskvada vəfat etmiş, anadan olduğu Oryol vilayətində dəfn olunmuşdur. Biz bunları nəzərə alaraq, rəssamın rəsm əsərlərini Tiflis-Oryol-Moskva-Sankt-Peterburq istiqamətlərində axtarırıq. Özündən sonra da həmin zəngin rəsm kolleksiyası qalmışdır. Deyilənlərə görə, o, I Kalbalı xanın da rəsmini çəkmişdir.

Batalist rəssamın çəkdiyi şəkillərin xeyli hissəsi təkcə rəsm əsərləri deyil, həm tarixdir, əyani arxiv sənədidir.

Yeri gəlmişkən deyək ki, V.Maşkov Rusiya çarı I Nikolayın sevimli sərkərdəsi, feldmarşal İ.Paskeviçi müşayiət etdiyindən çəkdiyi rəsmlər onun hərbi yürüşlərinə aiddir.

Çar I Nikolay əvvəllər İ.Paskeviçin yanında hərbi xidmətdə olduğundan ona böyük etimadı vardı. O, qrafa "ata-komandir", - deyə müraciət edirdi. I Nikolay İ.Paskeviçə inandığına görə Qafqazın çətin günlərində onu buradakı Rusiya qoşunlarının baş komandanı (1827-1831-ci illərdə) vəzifəsinə təyin etmişdi. Rusiya imperiyasının tarixində çox gənc ikən bütün hərbi mükafatları alan İ.Paskeviç milliyyətcə Ukraynanın Poltava kazaklarındandır. Qədim bir nəslə mənsub olan Paskeviçin Naxçıvanda olarkən fəaliyyətinə dair maraqlı tarixi sənədlərin bir hissəsini Tiflisdəki Gürcüstan Milli Arxivinin fondlarında tapa bildik.

Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivində onun zəngin şəxsi arxivi saxlanılır. İ.Paskeviçin arxivində 3000-dən artıq qovluq vardır. Onları araşdırmadan, öyrənmədən Cənubi Qafqazın "işğalı" haqqında ətraflı danışmaq çətindir. Çünki Azərbaycanın bir çox xanlıqlarını işğal edən feldmarşal ömrünün sonuna kimi Naxçıvanın Kəngərli süvarilərinin igidliklərini unuda bilməmiş, bu haqda həmişə rəğbətlə, ehtiramla danışmışdır. Onun apardığı ikinci rus-İran (1826-1828) 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri zamanı Naxçıvan ciddi dağıntılara məruz qalmışdır. Burada bir incə mətləb var. İ.Paskeviç naxçıvanlıların hünərinə, mərdliyinə, açıq süfrə sahibi olmalarına, sədaqətlərinə heyran qaldığını gizlətməmişdir. Hətta o, Naxçıvan ağsaqqallarına məktub da göndərib. Orijinal mətni tapa bildik.

Doğrudur, II rus-İran müharibəsini A.P.Yermolov ərsəyə gətirmişdir. Paskeviç müharibə başlayandan üç ay sonra Qafqaza ezam edilmiş İrəvan, Naxçıvan xanlıqlarının üzərinə hərbi yürüşə başlamışdır. Doğrudanmı, İrandan Türkiyədən erməniləri Qarabağa Naxçıvana, eləcə İrəvana köçürmə layihəsinin müəllifi odur? Bu tarixi bəla olan köçürülmə layihəsinin əsl müəllifləri kimlərdir? Paskeviç niyə katalikos Nersesə qarşı amansız idi? Buna görə çar I Nikolay qrafı cəzalandırmaq istəyirdi. Amma İ.Paskeviç ortalığa əsaslı dəlillər qoyaraq torpaqlarını işğal etdiyi azərbaycanlıları müdafiə edirdi. Bunlar maraqlı məsələlər olsa da, ayrıca bir yazının mövzusudur.

Araşdırmalar göstərir ki, feldmarşal İ.Paskeviç çar I Nikolay Qafqazın elitasına I Ehsan xan Kəngərlinin şəxsində hörmətlə    yanaşmışdır.

Ehsan xanın qraf  İ.Paskeviçin dostluğuna dair maraqlı sənədlər olsa da, bir sıra tədqiqatçılar hələ Türkmənçay müqaviləsinin əsas günahını Ehsan xanda görürlər. I Kalbalı xan onun oğlu Ehsan xan üçün Naxçıvanın müstəqilliyi müqəddəsdən müqəddəs idi. Onlar Naxçıvan uğrunda misilsiz cəsarət nümayiş etdirmişdilər. I Kalbalı xan Qacarlar dövlətinə heç kimin gətirə bilmədiyi döyüş qələbələrini gətirmişdir. Söykəndiyimiz bir tarixi mənbə bu haqda geniş məlumat verir.

Abbas Mirzə (1789-1833) Fətəli şahın oğlu idi 1799-cu ildə, yəni I Kalbalı xanın sağlığında Araz çayından cənubdakı Azərbaycan xanlıqlarına vali  təyin edilmişdi. Cəsur sərkərdə idi. Amma Naxçıvan İrəvan xanlıqlarının onlardan həmişə asılı olmasına var gücü ilə çalışırdı. O, 1804-1813, 1826-1828-ci illər rus-İran, 1821-1823- illər İran-Osmanlı müharibələrində orduda komandanlıq etmişdi. 1823- ildə I Kalbalı xan Məkkədən gələrkən Təbrizdə zəhərli şərbət içirdilərək öldürülür. Naxçıvanın xan Kəngərlilərinin hüquqları əllərindən alınmışdı sair səbəblər I Ehsan xanı Fətəli şahın hakimiyyətindən çox narazı salmışdı. Ona görə 38 yaşlı I Ehsan xan ona müstəqil vədlər verən qraf İ.Paskeviçlə gizli danışıqlar aparırmış.

Bir məsələyə açıq münasibət bildirmək istərdik. Türkmənçay mövzusuna aid çoxlu əsərlər yazılsa da, bunlar müharibə vaxtı sonralar rus hərbi tədqiqatçılarının yazdıqları qədər faktlarla zəngin deyil. Çünki tarix real faktlara söykənir. Axtarışlar, ancaq axtarışlar əsl həqiqəti ortaya çıxara bilir. Ona görə biz təkrar-təkrar V.Maşkovun 1826-1828-ci illərə aid çəkdiyi döyüş illüstrasiyalarına baxırdıq, əlavə olaraq həmin illərdə yazılan gündəlikləri, kitabları oxuyurduq. Çox təəssüf ki, V.Maşkovun rəsm əsərləri üzərində ciddi araşdırmalar aparılmayıb. Məqamındaca deyək ki, V.Maşkovun unikal tarixi sənədləri əvəzləyən rəsm əsərlərinin xeyli hissəsinin toplandığı albom Milli Azərbaycan Tarixi Muzeyinin nadir kitablar fondunda qorunur. O albomdakı rəsmlərdən biri diqqətimizi çox çəkdi. -qara rəngli rəsm əsəri "Persiya qalası Abbasabadın 7 iyul 1827-ci ildə təhvil verilməsi" adlanır. Abbasabad qalası Azərbaycan qalasıdır. O, Naxçıvan xanlığında, şəhərin 8 verstliyində yerləşirdi. Əlbəttə, rəssam səhvən belə adlandırmışdır. Həmin illərdə belə səhvlərə tez-tez yol verilmişdir.

Abbasabad qalası ətrafında gedən döyüşlər, həmçinin Naxçıvanın 25 kilometrliyində (Xok kəndində) gedən ciddi döyüşlər haqqında ətraflı yazmışıq.

Həmin vaxtlar I Ehsan xan Abbasabad qalasında Naxçıvan Kəngərli batalyonunun komandiri idi. Əvvəllər Abbasabad qalasının komendantı olsa da, sonralar Abbas Mirzə onu bu vəzifədən uzaqlaşdırmışdı. Naxçıvanın sonuncu xanı Kərim xan şahzadə Abbas Mirzənin Xok kəndində məğlubiyyətini görən kimi Naxçıvan şəhərinin əhalisinin əksəriyyətini məcburən Arazın o tayına köçürmüşdü. Ona görə Rusiya qoşunlarının Naxçıvana sərbəst daxil olmasını yazırlar. Bəs Xok kəndində kazaklarla əlbəyaxa döyüşənlər naxçıvanlılar deyildimi? Əlbəttə, onlar idi.

qədər şəhidlər vermişdi Naxçıvan. Bunlardan qalada dustaq vəziyyətində qalan I Ehsan xanın xəbəri vardı. O, Kəngərlilərin qeyrət qalası olan Naxçıvan xanlığını məhv olmaqdan qorumaq, Kəngərli elini gözləyən "köçürülmə sürgünlərindən" xilas etməyin yollarını arayırdı məcburən güclü tərəflə danışıqlar aparırdı. Amma bəzilərinin yazdığı kimi, o, qala qapısı açmayıb, açar təhvil verməyib, kimsəyə baş əyməyib. yaxşı ki, rəssam V.Maşkov həmin anı eskiz edib kətana köçürüb. İndi həmin tarixi rəsm əsərində təsvir olunanlar haqqında axtarışlar nəticəsində öyrəndiklərimizi sizinlə bölüşmək istərdik.

Bu rəsm əsərində kimlərin təsvir olunduğunu təyin etməkdə Platon Zubovun yazdığı əsərlər əməllicə "açar" rolunu oynadı. Həmin əsərlər bunlardır:

1. "Kartina posledney voynı s Persiyey 1826-1828", SPB. 1834 q. (Persiya ilə 1826-1828-ci illərdə aparılan axırıncı müharibənin mənzərəsi);

2. "Podviqi russkix vounov v stranax Kavkazskix s 1800-1834 q", (II tom, SPB. 1836), (1800-       1834- illərdə Qafqaz ölkələrində rus döyüşçülərinin hünərləri).

P.Zubov ikinci kitabda yazır: "Şahın kürəkəni Məhəmmədemin xan qabaqda qalanın açarlarını təqdim etməyə aparırdı. Ondan sonra onun starşinaları (kəndxudaları) vilayətin hörmətli şəxsləri gəlirdilər". Bu cilddə Abbasabad qalasında gedən döyüşlərdən danışılır.

P.Zubovun bu tarixi qeydləri V.Maşkovun çəkdiyi rəsm əsərindəki şəxslərin kimliyini aydınlaşdırmağa imkan verir. atın üstündə qraf İ.Paskeviç dayanmışdır. Məhəmmədemin xan ona təzim edərək Abbasabad qalasının açarını təqdim edir. Yanında iki starşinası var. Ondan sonra onun bayraqdarı döyüş bayrağını təhvil vermək üçün gətirir. Bir az aralıda I Ehsan xan atının yüyənindən tutaraq dayanmışdır. Onun süvari döyüşçü qamətini rəssam dəqiqliklə təsvir etmişdir. Atın belində bəzəkli xalça  görünür. Ondan xeyli arxada Naxçıvan Kəngərlilərinin batalyonu döyüş bayraqları ilə dayanmışdır. Məhəmməd­emin xanın döyüşçüləri çoxdurlar. Nizamlı dayanıblar. Birinci cərgədə musiqiçilərin Rusiya ordusunu marşla qarşıladıqları yaxşı görünür. Rəssam çox dəqiqliklə həmin anı təsvir etmişdir. Burada həm Naxçıvan batalyonu, həm Məhəmmədemin xanın sərbazları eyni milli geyimdə papaqdadırlar. Çünki hamısı azərbaycanlıdırlar.

Batalist rəssamın məşhur tarixi rəsm əsəri Naxçıvanın tarixində  bir mübahisəli məsələnin həll edilməsində I Ehsan xanın şəklinin bizim zəmanəyə gəlib çatmasında maraqlı illüstrasiya olmaqla əvəzsiz mənbədir.

 





25.12.2013    çap et  çap et