525.Az

Türkiyədə güclü zəlzələ oldu


 

Türkiyədə güclü zəlzələ oldu<b style="color:red"></b>

Türkiyədə güclü zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ Egey dənizi sahilindəki Manisa şəhərində yerli vaxtla 10.21-də yerin 9,29 kilometr dərinliyində qeydə alınıb. 5,5 maqnitudalı zəlzələ İstanbul və İzmir şəhərlərində də hiss edilib.

Manisa valisi bildirib ki, dağıntı və itkilərlə bağlı araşdırma aparılır.

 





26.06.2020    çap et  çap et