525.Az

Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan vəfat edib


 

Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan vəfat edib <b style="color:red"></b>

Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, Əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan vəfat edib.

“Report” xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şahlar İsa oğlu Xəlilov 1948-ci ilin aprel ayının 10-da Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezident İlham Əliyevin 2011-ci ilin oktyabr ayında imzaladığı sərəncam ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 

Allah rəhmət eləsin!

 





26.06.2020    çap et  çap et