525.Az

Mingəçevirdə uşaqlara köhnə Yeni il hədiyyələri paylayırmışlar


 

Mingəçevirdə uşaqlara köhnə Yeni il hədiyyələri paylayırmışlar<b style="color:red"></b> Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən reyd zamanı Yeni il şənliklərində uşaqlara paylanacaq şirniyyatların köhnə olduğu aşkarlanıb.
 
Mərkəzin direktoru Əbil Ağayev APA-ya bildirib ki, məktəblilərin qış tətilinin səmərəli keçməsi üçün hər gün Mingəçevir Dövlət Dram Teatrında “Qar qızı kim oğurladı” adlı tamaşa təqdim edilir. Məktəblilər tamaşadan əvvəl teatrın foyesində keçirilən Yeni il şənliklərində iştirak edirlər. Bayram tədbirində Şaxta baba tərəfindən uşaqlara verilməsi nəzərdə tutulan hədiyyələrə baxış keçirilərkən bağlamaların içindəki “bakuş”ların istifadə müddətinin bir ay əvvəl başa çatdığı və onların insan sağlamlığı üçün zərərli olduğu aşkar edilib. Reyd zamanı İran istehsalı olan və “Bolluq” firması tərəfindən müqavilə əsasında teatra satışı təşkil edilən 200 ədəd yararsız “bakuş” götürülüb. Məhsulun teatra satışı dayandırılıb, firma cərimələnib.  
 





25.12.2013    çap et  çap et