525.Az

Sirli Stounhenc- Foto


 

Sirli Stounhenc- <b style="color:red">Foto</b>

İngiltərədə yerləşən sirli Stounhenc abidəsinin mahiyyəti və təyinatı barədə müxtəlif fikirlər vardır. Amma hələ də onun min illər öncə nə üçün inşa olunub, istifadə edildiyi haqqında dəqiq bilgi yoxdur.

 

Abidənin quruluşuna əsaslanan fərziyyələrdən biri “Təqvim nəzəriyyəsi”dir. Cozef Lokyer və digər alimlərin fikrinə görə e.ə. 3000-ci ildə təqvim olmadığından insanlar kənd təsərrüfatı və dini səbəblərdən dolayı günləri və fəsilləri müəyyən etmək üçün bu abidəni yaratmağa ehtiyac duyublar. Alimlərin fikrinə görə, iki dairə və mərkəzi daşdan ibarət olan abidə yerin hərəkətini və ulduzları müşahidə etmək üçün çox mühim mərkəz olub. Həmin dövrün insanları ayın doğmasına və hərəkətinə əsasən özləri üçün müəyyən təqvim hazırlamışlar və bu təqvimə görə kənd təsərrüfatı işlərini planlaşdırır və dini ayinlərini həyata keçirirdilər.

 

Stounhençin yaranması ilə bağlı digər və ən əsaslı fərziyyə isə həmin ərazinin qəbirstanlıq, abidənin isə həmin qəbirstanlığın mərkəzi olması fikridir. Mayk Pirson və Ramilissoninanın fikrinə görə, qədim insanlar ağaca həyat, daşa isə ölüm rəmzi kimi baxırlarmış. Stounhenç (“Stonehenge” – əski ingilicsədə “asılı daşlar”) də ölüləri yola salmaq üçün uzun dini mərasimin adı idi. Belə ki, bu mərasim şərqdə Vudhençdə (“Woodhenge” – əski ingiliscədə “asılı ağaclar”) başlayıb, Avon çayı ilə hərəkət edib Stounhençdə bitirdi. Ağacdan su vasitəsilə daşa səyahət həyatdan ölümə səyahətin simvolik rəmzi idi. Din tarixçisi Mirsea İlieydin  fikrinə görə, Stounhenç ölülər dəfn olunmuş ərazinin mərkəzində əcdadlar ilə əlaqəni təmin etmək üçün tikilmiş müqəddəs bir abidə olub. Dünyanın bir çox yerində məhz bu məqsədlə tikilmiş binalara, məbədlərə rast gəlinir və Stounhenç abidəsi də həmin dövr Britaniya insanının özünəməxsus məbədi idi.

 

Pərviz Muradov

 





26.12.2013    çap et  çap et