525.Az

Azərbaycanlı rəqqasə Şahrux Xana klip çəkir (FOTOLAR)


 

Azərbaycanlı rəqqasə Şahrux Xana klip çəkir<b style="color:red"> (FOTOLAR)</b> Azərbaycanlı rəqqasə Oksana məşhur hind aktyoru Şahrux Xana klip çəkir.

Bu barədə 525.az-a müğənninin özü məlumat verib.

Onun sözlərinə görə, klipi Şarux Xana ad günü hədiyyəsi olaraq hazırlayacaq:

“Şarux Xanın filmlərdə səsləndirdiyi mahnılardan ibarət popuri yığıb ona klip çəkdirəcəyik. Gələn həftə klipin çəkilişlərinə başlayacağıq.

Rejissor Ata Rəsulovdur. Facebook-da mənim və Şarux Xanın fan səhifəsində elan verdik ki, çəkilişə qatılmaq istəyənlər bizə müraciət etsinlər. Çox istedadlı gənclər var idi. Onların arasından 45 nəfər seçdik. İki həftədir güclü məşqlər gedir”.

Oksana məşhur aktyoru Azərbaycana dəvət etməyi düşündüyünü bildirdi.

Rəqqasənin məşq prosesindən çəkdiyimiz fotolarını təqdim edirik.

 





15.10.2012    çap et  çap et