525.Az

Daha bir "Mütərcim"


 

Daha bir <b style="color:red">"Mütərcim"</b>

JURNALIN BU SAYINDA DOSTOYEVSKİNİN "YOXSUL İNSANLAR" ROMANININ AZƏRBAYCAN DİLİNƏ İLK TƏRCÜMƏSİ DƏRC EDİLİB 

Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti "Mütərcim" Tərcümə Mərkəzinin həmtəsisçiliyi ilə nəşr olunan "Mütərcim" ədəbi, elmi tərcümə jurnalının sayca 43- bu təqvim ilində yeganə buraxılışı baş redaktor Telman Vəlixanlının "Mütərcim" Tərcümə Mərkəzinin yaradılmasının 20 illiyinə həsr edilmiş ön sözlə açılır. Müstəqilliyin ilk illərində təsis olunan bu mərkəzin fəaliyyətinin ölkəmizdə tərcümə nəşr mədəniyyətinin formalaşmasında, elm təhsilimizin inkişafında əhəmiyyəti vurğulanır.

Bu sayda görkəmli ədəbiyyatşünas alim tərcüməçi professor Məmməd Qocayevin tərcüməsində F.M.Dostoyevskinin "Yoxsul insanlar" romanının ilk Azərbaycan tərcüməsinin tam mətninin verilməsi xüsusi əhəmiyyət daşıyır. Məmməd Qocayev tərəfindən tərcüməsi tamamlanmış F.M.Dostoyevskinin "Yazıçının gündəliyi" əsərindən daha bir fəslin təqdim olunması jurnalın bu buraxılışını daha aktual edir. Göstərilən tərcümələri ilə Məmməd Qocayev dahi rus yazıçısı filosofu Dostoyevskinin bədii elmi-nəzəri irsini Azərbaycan oxucusuna adekvat təqdimetmə kimi böyük bir missiyanı başa çatdırır. Tərcüməçi Dostoyevskinin əvvəlki akademik nəşrlərinə, eləcə "Dünya ədəbiyyatı kitabxanası"na daxıl olmayan ilk dəfə  məhz "Mütərcim"in səhifələrində oxuculara təqdim edilən əsərlərinin iki cildliyini çapa hazırlamaqdadır.

Bu sayda professor Şahin Xəlillinin təqdimatı ilə oxucu ixtiyarına verilən xarici ədəbiyyat nümunələrindən M.Şellinin "Fani əbədi" hekayəsi (tərcüməçi Nailə Bəndiyeva), tərcüməçi tələbələrin ədəbi təhsili məqsədilə paralel olaraq Azərbaycan ingilis dillərində yerləşdirilən H.Mirələmovun "Gəncə qapıları" pyesi (tərcüməçi Kamran Nəzirli) maraq doğurur.

"Tənqid ədəbiyyatşünaslıq" rubrikasında T.Vəlixanlının "Kamal Abdullanın "Şah şair" tamaşası ətrafında düşüncələri", S.Babullaoğlunun "Şeirdən necə gül düzəltməli", N.Nuriyevanın "İngilis realist romanının yaradıcısı Daniel Defo türk casusu" s. məqalələri, "Nəsr" "Yubiley" rubrikalarında maraqlı materiallar təqdim olunur.

"Rəylər" rubrikasında T.Vəlixanlının (Cəfərov) Həştərxan Dövlət Universiteti tərəfindən nəşr olunmuş "Drevnyaya Rus i tyurki v pamyatnikax XII-XVII vekov" monoqrafiyasına Xarkov Universitetinin dosenti Y.Matuşekin resenziyası, F.Nacinin "Həyatın qəfəsi" şeirlər kitabına K.Umudovanın rəyi, eləcə Moskvada keçirilmiş Beynəlxalq kitab sərgisində "2012-ci ilin elmi kitabı" müsabiqəsinin laureatı olmuş "Noveyşaya zarubejnaya literatura" kollektiv monoqrafiyası barədə məlumat yer alır. BSU-nun professoru T.Vəlixanlının (Cəfərov) həmmüəllifi olduğu sonuncu kitabda ən yeni Azərbaycan ədəbiyyatı haqqında verilmiş oçerk rəyin müəllifi A.Neqina tərəfindən dəyərləndirilir, müasir ədəbiyyatımızda müharibə mövzusu xüsusi vurğulanır.

"Mütərcim" oxucuları, eləcə tərcüməçi tələbələr jurnalı redaksiyadan ödənişsiz əldə edə bilərlər.  

İlahə CARÇIYEVA

 





26.12.2013    çap et  çap et