Bakının Sabunçu rayonundakı Balaxanı qəsəbəsi də turizm marşrutlarına salınacaq.
Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, burada əsas məsələ mədəni-tarixi irsi qoruyaraq turizm məhsullarının yaradılmasıdır:
“Balaxanı bir turizm məkanı olaraq turizm marşrutlarına salınacaq və həm xarici, həm də daxili turistlər ora cəlb ediləcək. Bu da yerli əhali, sakinlər üçün əlavə imkanlar yaradacaq”.