525.Az

Ali məktəb rektoru işdən çıxarıldı


 

Ali məktəb rektoru işdən çıxarıldı<b style="color:red"></b> Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yadigar Əliyev ölkə prezidentinin sərəncamı ilə dekabrın 23-də vəzifəsindən azad olunub.
 
Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib.
 
Yadigar Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.
 





26.12.2013    çap et  çap et