525.Az

Müdrik hekayələr (Elçinin "Yeni hekayələri"nə dair)


 

Müdrik hekayələr <b style="color:red">(Elçinin "Yeni hekayələri"nə dair)</b>

Xalq yazıçısı Elçin qələminin ecazkar-müdrik çağlarını yaşayır. bəlkə bu, yaradıcılığının olduqca geniş mövzu-janr-əhatə spektrində özünü ən çox hekayələrində göstərir. Hər halda yeni hekayələrinin mütaliəsindən mən bunu belə duydum ...

Hekayənin Elçin yaradıcılığında yarım əsrdən artıq yaşı elə bu yaşa yaraşan qədər növbənövlüyü var. Bu günlərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Elçinin 70 illiyinə həsr olunmuş elmi sessiyada ədibin hekayəçiliyindən danışdım. məruzədə Elçin nəsrini dəyişən zaman konteksti yazıçının zamana reaksiyası, yaradıcılıq tempinə uyğun üç dalğada təsnif etməyə çalışdım: oyanış, çöküş heçlik... 1960-70-ci illərin intibah hekayələri ("Qatar. Pikasso. Latur. 1968", "Beş qəpiklik motosikl", "Qırmızı ayı balası", "Gümüşü, narıncı, məxməri", "Bu dünyada qatarlar gedər", "Baladadaşın ilk məhəbbəti" s.), 1980-cilərin dekadansı ("Bülbülün nağılı", "Baladadaşın toy hamamı", "Ayaqqabı", "Hotel Pristol", "Hönkürtü", "Bozluq içində iki nəfər", "Beş dəqiqə əbədiyyət", "Gül dedi bülbülə" s.) qlobalizə dövrünün absurdu ("Ordenli yazıçı ilə görüş", "Mehmanxana nömrəsində görüş", "Xüsusi sifariş", "Hövsan soğanı", "Qırmızı qərənfil gülləri Pera palas otelində qaldı", "Sarı gəlin", "Araba", "Qarabağ şikəstəsi" s.) ...

Hər hansı təsnifat əsaslı olduğu qədər şərtidir, əlbəttə. Doğrusu, bu təsnifatı verirkən, "Yeni hekayələr" daha bir Elçinlə üz-üzə gələcəyimizi heç gözləmirdim. Bu hekayələr lap son illərdə: 2009-2012-ci illərdə qələmə alınmışdır zənnimcə, Elçin hekayəçiliyinin tamam yeni, müdrik mərhələsini təmsil edir. "Yeni hekayələr" təkcə müəllif baxışı-yükü, ideya çəkisinə görə deyil, habelə bədii siqləti, poetikası etibarilə müdrik, yazıçının yarım əsrdən sürəkli "hekayəçilik dəyirmanı"ndan ələnib-çıxmış hadisədir; Elçin nəsrinin bizə bəlli bütün xassələri, cilvələrini qoruyub-saxlamaqla yanaşı, içdən, strukturuna görə təzə, "oxumadığımız" hekayələrdir...

Ümumiləşdirilmiş şəkildə desək: adətən hekayələrində biz Elçini İnsandan, (öz sözləri ilə desək:) "İnsan xisləti", sirri, möcüzəsindən bəhs açan görmüşük. "Yeni hekayələr" , əlbəttə, bu belədir; birbaşa, ya dolayısıyla hekayələrdə İnsan həqiqətləri hökmfərmadır. Amma məsələn, "Canavarlar" kimi bənzərsiz hekayəni əvvəllər biz Elçin yaradıcılığında heç görməmişik zənnindəyəm; hər halda, düşünürəm, hekayələri arasında bu sərtlik bu şövqdə qələmə alınmış ikinci birisini tapammarıq. Hekayə boyu sərt-çılpaq-amansız kainat mənzərələri qarşısında bir canavar ailəsinin addım-addım, həyat uğrunda güzəştsiz savaşını izləyirik... Dünya ədəbiyyatından Azərbaycan dilində adekvat bir nümunə bəllidir: Cek Londonun "Həyat eşqi" hekayəsi. Amma orda İnsan canavar (qurd) arasında ölüm-dirim savaşıdır, məhz həyat sevgisi uğrunda; burda isə hədəfdə həyatın tükənməyidir... Sonrası necə olur, süjeti söyləmədən (zira hekayəni oxucunun dəmindəcə oxumaq şansı var!), maraq naminə bir onu demək olar ki: "Canavarlar" məhz İnsan həqiqətinin bitdiyi, tükəndiyi yerlərdən mövzu alır... Hərçənd hekayəni pritçaya da yozmaq mümkün; axı "növi-bəşər" olaraq, İnsanın ətraf təbiət-kainat- canlılar aləmindən öyrənəcəkləri, ibrət alasıları çox-çoxdur...

Elçin hekayələri bizə adətən cəmiyyət içrə Fərdin həqiqətləri, Fərd-Cəmiyyət münasibətləri, sosial varlıq olaraq İnsanın çəkdiyi acılar, ağrı nisgil, sevinc kədərdən söz açır. "Yeni hekayələr" belədir, əlbəttə: bir anlıq özümüzü "Kölgə" hekayəsinin qəhrəmanı Fariz müəllimin yerində duya bilsək, bunun demək olduğunu izaha hacət qalmaz. Amma məsələ təkcə olub da, həyatda eləcə sosial "kölgə"-kölə olmağın yükünü-əzabını dartmaqda-dartışmaqda deyil ki. Süjetə qatlaşmadan (zira əvvəlcədən bu həzzdən oxucunu məhrum etmək istəməzdim), bircə onu deyim ki: hekayə boyu məni təqib edən, ağrıdan, sarsıdan daha ağır "kölgə"lər - ümumən İnsan olmağın böyük müsibətləri ironiyası oldu. bir daha da fəlsəfi nələrsə: zamana məkana məhkumluğun, birdəfəlik əbədiyyətə mənsubluğun hayı-harayı, fəryadı...

Elçin hekayələrində bir bizi, - hara çəkirsənsə çək, hankı səmtə, ha yana üz tutursansa tut, - hər yanı hər yana açıq bu qlobal dünyamızda milli varlıq olaraq qalan İnsanın növbənöv sevdaları məşğul edir. Hərçənd Elçin nəsrindən yazanlar bu barədə çox danışıblar: Abşeron günüzləri gecələrinin sakini Elçin qəhrəmanları səhərlərin birində gözünü qəfil Dünyaya açıb da onu (Dünyanı) həmən-həmən görürlər... Lap "Kaşeyin taleyi" hekayəsinin qəhrəmanı Molla Zeydulla kimi. Qabaqcadan danışıb da, ləzzətini qaçırmaq istəmirəm, amma doğrusu, Elçinin "yeni hekayələr" çıxdığı, fəth təhkiyə etdiyi mənalar sırasında həmin bu idillik, müdrikcəsinə rahat-aram, "xoruzlu nağıllar" dünyasını mən bir kontr-not, kontr- əhval-ruhiyyə kimi gördüm-qavradım... bir anlıq özümü  milli insan olaraq, gerçək dünyamız içində yalqız-yazıq-naəlac duydum; necə ki, Novruzəli poçt qutusunun dibində çömbəlib oturmuşdu, lap eləcə...   

"Yeni hekayələr"in böyük bir qismi nağıllardan ibarətdir, yazıçının iyun, 2009 - avqust, 2011-ci illər arası, bir-birinin ardınca qələmə aldığı bütöv bir "Nağıllar" silsiləsindən. Bir yazıçının ahıl-müdrik çağlarında nağıl dünyasına dönüşü, öz məxsusi nağıl dünyasını yaratması təəccüblü olmadığı qədər , gerçəklərlə, gerçək dünya ilə sövdəsinin-sövdələşməsinin sonucu, nəhayətidir. O da ola üslubuna lap əzəldən nağılçılıq yad olmayan Elçin nəsri. Yazıçının hekayələrinə hər zaman realizmlə yanaşı, həm bir alleqoriklik, rəmzilik, bu ya digər altqat mətləblərdən söz açan pritçavarilik xas olmuşdur. İndi budur, "Nağıllar" silsiləsində Elçin yalnız alleqoriyalar söyləyir, pritçalar danışır bu üslub, bu dil bizə çox yaxın, tanışdır; həmin alleqorizmi, pritçavariliyi biz birbaşa gerçəklər olaraq, həyatın özü kimi qavrayırıq.

"Nağıllar" sanki birnəfəsə yazılmışdır, cəmisini ümumi ideya, problematika-mətləb birləşdirir. Əlbəttə, ilk nəzərdən deməzsən, bəs bu, "böyüklər üçün nağıllar" silsiləsidir; yazıçı dünya, yaradılış, həyat bütün bunların mənası barədə qənaətlərini ümumiləşdirmiş, toplamışdır burda. Necə möhtəşəm, ulu ola-ola sonunu görə bilməmək olar ("Qoca Palıdın nağılı"); necə daim yaxşılıq eşqiylə yaşayıb, amma heç vəch təsəlli tapmamaq olar ("Yaxşılıq etmək istəyən Qara Qarğanın nağılı"); özgəsinin istisinə güvənib yanıb-kül olmaq olar ("Söyüd Çubuğu ilə gözəl Oleandrın nağılı"); necə məhkumluğun sirlərinə varıb müdrikləşmək olar ("Muxtar kişinin Göy Göyərçinin nağılı"); ya arzu-istəklərinə verilib əbədiyyətə qovuşmaq olar ("Üzmək istəyən Qovağın nağılı"); necə yerinə-taleyinə-aqibətinə qane olmayıb da məhvə yuvarlanmaq ("Ağlayan böyürtkanın nağılı"), ya təvazökar olub da səadəti dadmaq olar ("Taleyindən razı Zoğal Ağacının nağılı"); necə dünyanın ağlasığmaz məntiqləri qarşısında məntiqsiz görünmək ("Qarğaəkən Qoz Ağacının Qoca Qara Qarğanın nağılı") mutasiyaya uğramış məntiqsizliklər qarşısında dayanışmaq-tablamaq olar ("Şeytanın yoldan azdırdığı Tələbə Oğlanın Ana Toyuğun nağılı"); necə-hara- qədər dünyadan baş götürüb qaçmaq olar ("Bu dünyadan qaçan Kürən Dələnin nağılı") ümumən, qaçmaq olarmı?..

Nağılların adındakı məna vurğularına diqqət edirsizmi: "Məhkum Qaysı Ağacının nağılı", "Bütün dərdlərdən azad Qoca Şeyxin nağılı", "İki müdrik balıq ailəsinin axmaq Qu Quşunun nağılı" s. Mütaliə boyu bu mənim yadıma lap Nizami Gəncəvinin "Sirlər xəzinəsi"ni saldı. Həqiqətən , Elçinin nağıllarında bir ibrətamizlik var; dünyanın, yaradılışın mənasına varmaqdan hasil olan dərslər var. Amma daha da çox bu əhvalatlarda qüssə var; dünyanın zəncirlərinə dolaşmışlığın qüssəsi. Bu, İnsan qüssəsidir, yaradılmışın qüssəsi... 

Ayrı-ayrılıqda müxtəlif olsalar da, hardasa Elçinin nağıl qəhrəmanlarını eyni bir ruh-ovqat, eyni motiv birləşdirir: üsyankarlıq! Bir fərd, növ olaraq qəhrəmanlar dünyanın məlum nizamıyla barışmır, bu gedişata qarşı sakit-səssiz, daxili bir üsyan edirlər. Bəs həmin üsyanın aqibəti nədir, buna dəyərmi? - cavab tapmağa tələsmirəm, aram-aram, müdrikliklə sualı bu ya digər nağıl süjetləri, mənzərələri cavablandırır...      

İlk nəzərdən deməzsən, əlbəttə; çünki nağılların dili çox aydın, üslubu aydan arı, sudan duru, lap "uşaq nağılları"nda olduğu kimidir. Təsadüfi deyil ki, burda sırf cəmiyyət həyatından ("Bütün dərdlərdən azad Qoca Şeyxin nağılı"), sənət aləmindən ("Tarzənin Köhnə Tar ilə Təzə Tarın nağılı") mövzu alan süjetlər olduğu kimi, məhz uşaq dünyası üçün maraqlı ("Arzunun nağılı", "Gənc Oğlanın Çöl Bənövşəsinin nağılı"), nəbatat, yaxud heyvanat aləmindən danışan neçə-neçə nağıllar da var.  bu zaman yazıçı qələminin peşəkarlığı, dürüstlüyü xüsusən heyranedicidir. O eyni uğur bilgi ilə palıd, söyüd, qaysı, zeytun, qovaq, zoğal, qoz ağaclarından da, oleandr, böyürtkən kollarından da, yaxud qarğa, göyərçin, qu quşu, balıq ailəsi, kürən dələdən, növün təbii həyatına uyğun təfərrüatlı söz aça bilir , təhkiyənin arxa planında böyük məharətlə İnsan metaforasına da yer meydan verir.

Bu ki, Elçinin nağılları əsasında gözəl cizgi filmləri çəkmək olar. Uşaqlar üçün, elə böyüklər üçün . Birinci halda eləcə "danışan kainat"ın sirlərindən uşaqları vaqif etmək üçün; zira əslində, uşaq psixologiyası əhatəmizdəki "qlobal qüssə" qarşı daha hazırlıqlı, müdrikdir. İkinci halda isə eləcə dünyanın gərdişindən qüssələnib ibrətlənmək üçün...

Yazıçı Elçin müsahibələrində ədəbiyyatı bir möcüzə, "sirri-xuda" hesab etdiyini söyləyir. Belə ki, Nağılların düşüncə sırası-axarı da hardasa dolanıb-dolaşıb Allah sirri, "sirri-xuda" sferalarına nüfuz edir. Nağıl qəhrəmanları sanki bu fani dünyada(n) qane olmayıb, əbədiyyətin sirrinə can atırlar. Eləcə yazıçı, əbədiyyətin sirrini-mənasını yaratdığı əsərlərdə arayır. "Yeni hekayələr" oxucuya bu sirrə təmas etməkdə bol şanslar verir.

12-16 dekabr 2013

 





27.12.2013    çap et  çap et