525.Az

"Məktəblərin bufetlərində aparılan monitorinq zamanı çatışmazlıqlar aşkarlanıb"


 

"Məktəblərin bufetlərində aparılan monitorinq zamanı çatışmazlıqlar aşkarlanıb"<b style="color:red"></b>

Azərbaycanda orta məktəblərin bufetlərində isti yeməklərin verilməsi üçün tətbiq olunan standartlarla bağlı monitorinqlər aparılır.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, monitorinqlər nəticəsində bəlli olub ki, bir çox yerlərdə çatışmazlıqlar aşkarlanıb: «Biz qabaqlayıcı tədbirlər həyata keçirdik. Bu gün artıq bəzi məktəblərdə aparılan təmir işləri yekunlaşıb».

Komitə sədri deyib ki, gələn ilin yanvar ayından belə bir problemlər olmayacaq: «Eyni zamanda, uşaq bağçalarında da həmin vəziyyət olub. Bununla bağlı müəyyən tapşırıqlar verilib. Bakı şəhər İcra Hakimiyyəti də bu məsələyə çox ciddi yanaşır».

 





27.12.2013    çap et  çap et